Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmsi Vəfadar Vilyam Hacıyevdən üzür istədi



Vətəninfo.az xəbər verir ki, «Şəms» nəşriyyatının qrifi ilə ayrıca kitabça şəklində  Vilyam Hacıyevin fəaliyyəti ilə bağlı nəşr edilən və həmin kitabçanın  məhz Şəmsi Vəfadar tərəfindən hazırlanaraq çap edildiyini və yayıldığını iddia edərək, Vilyam Hacıyev məhkəməyə mürciət etmişdi. Məhkəmənin qərarı ilə Şəmsi Vəfadar rəsmi olraq üzür istəməsi ilə bğalı qətnamə qəbul edilib və bu gün Şəmsi Vəfadar “Şərq”qəzetində Vilyam Hacıyevədən  rəsmi üzür istəyib.


Şəmsi Vəfadarın çap olunan üzürünü təqdim edirik:

İmişli rayin İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyevə

Hörmətli Vilyam müəllim!

Bir çap materialına görə aramızda yaranmış anlaşılmazlığa aydınlıq gətirilməsi məqsədilə Sizə mətbuat vasitəsilə müraciət etməyi vacib sayıram. 
Sizin haqqınızda müxtəlif qəzetlərdə çap olunmuş qeyri-obyektiv, fakt və dəlillərə əsaslanmayan yazılar toplanaraq «Şəms» nəşriyyatının qrifi ilə ayrıca kitabça şəklində nəşr edilmişdir. Siz həmin kitabçanın mənim tərəfimdən hazırlanaraq çap edildiyini və yayıldığını iddia edərək, mənə qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmisiniz. 
Xüsusilə qeyd edirəm ki, mənim Sizə qarşı heç bir şəxsi qərəzliliyim yoxdur və Sizin möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməyinizi mən də bir vətəndaş kimi uğurlu bir təyinat hesab edirəm. Çünki Siz respublikamızın idarəetmə orqanlarında rəhbər vəzifələrdə vicdanla və səmərəli işləmiş bir məmursunuz.

Onu da qeyd etməliyəm ki, GöygölSamux rayonlarında olduğu kimi, doğulub boya-başa çatdığım İmişli rayonunda da qısamüddətli fəaliyyətinizlə əhalinin rəğbətini qazanmış, işgüzarlığınız və dövlətimizə vicdanla xidmətinizlə yerli ictimaiyyət arasında yetərincə nüfuz qazanmısınız.

Şübhəsiz ki, anlaşılmazlığa səbəb olmuş belə bir qərəzli kitabçanın nəşri Sizin şəxsi nüfuzunuza və işgüzar fəaliyyətinizə kölgə salmaq niyyətindən irəli gəlmişdir. Rəhbərlik etdiyiniz rayona bağlı olan bir qələm adamı, vətəndaş olaraq mən də belə bir kitabçanın nəşrini və yayılmasını pisləyirəm və baş vermiş hadisədən təəssüfümü bildirirəm. 

Məhkəmə iclaslarında fikrimi bildirmişəm və bir daha Sizə də bəyan edirəm ki, «Şəms» nəşriyyatının fəaliyyətinə məsul şəxs olaraq belə bir kitabçanın hazırlanmasından məlumatım olsa da, onun çapına və yayılmasına nəzarət etmək imkanım olmadığından təəssüflənirəm, belə bir kitabçanın işıq üzü görməsini məqbul hesab etmirəm.

Bu kitabçanın hazırlanmasını, çapını və yayılmasını Sizin şəxsiyyətinizə, işgüzar nüfuzunuza kölgə salmaq cəhdi kimi qiymətləndirirəm, belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirməklə «Şəms» nəşriyyatının fəaliyyətinə məsul şəxsi kimi Sizdən üzr istəyirəm.
Ümidvaram ki, mənim obyektiv mövqeyimi səmimi qəbul edəcəksiniz. 


Hörmətlə, 
Mirzə Şəmsi 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar