Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərəf məsələsində “qırmızı xətt”



Avropa Birliyinin patronajlığı ilə Batumidə keçirilən qalmaqallı forum ətrafında səs-küy səngimək bilmir


Ara-qarışdıranlar, belə fors-major vəziyyətləri dərhal fürsət bilib də əllərini qızdıranlar, hay-həşir qoparanların qabağına nə qədər kontur-dəlil, sübut qoyulsa da, yenə tutduqlarını buraxmırlar. “Yeni Müsavat”, onun baş redaktoru növbəti dəfə haqsız yerə hədəf edilməkdədir. 

Mən facebook-da yoxam. Ancaq dostlar vasitəsilə əcaib səslər təbii ki, bizim də qulağımıza çatır, çatdırılır. Hətta hamıya şərəf dərsi keçməyə çalışanlar varmış sən demə... 

Doğrudan da, kimdə nə çatmır, ondan daha çox danışır. Vətənşüvənlər də elə. Məsələnin mahiyyətini dəqiq öyrənmədən, yaxud qəsdən öyrənmədən, yalnızca olayda Rauf Arifoğlunun, “Yeni Müsavat”ın adı keçir deyə, əlinə balta, lom alanlara bir daha sual edirik: səslənən ittihamlar, ortaya çıxan faktlar təkzib olundumu, sanballı əks-arqumentlər gətirildimi? Şəxsən mən görmədim, eşitmədim. Axı, obrazlı desək, hələ də “meyit yerdədir”, onu götürən yoxdu... 

Keçək konkretliyə. 

Öncəliklə “People in Need” (qısaca, “PiN”) adlı çex təşkilatından illərlə qrant basıb yeyən və gözünü yumub ağzı köpüklənə-köpüklənə bizə mənəviyyat, əxlaq dərsi keçmək istəyənlərdən soruşuruq: “PiN” ermənilərə, erməni separatçılarına daha yaxın olmadığını sübut edə bildimi, Foruma separatçı rejimi müstəqil dövlət kimi üzv etdirməyə çalışmadığını isbatladımı? Qalmaqalın ardınca hansısa bəyanat verib Azərbaycana münasibətdə neytral mövqe sərgilədiyini ortaya qoydumu, müxtəsəri, ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanıdığını və müdafiə elədiyini bəyanladımı? 

Şəxsən mən belə bəyanatlara, açıqlamalara rast gəlmədim. Rast gələn varsa desin, göstərsin, əlimizin arxasını o dəqiqə yerə qoyaq. Lap tutaq, təşkilatın ermənipərəst olması haqda söylənilənlər şayiədir, siz - təşkilat liderləri qalxın elə mövqe göstərin, elə bəyanat verin ki, daşdan və “yeddi qat”dan keçsin, hamı obyektliyinizə əmin olsun. Söz-söhbətlər də yığışsın. Necədi? 

Eləcə də “PiN”-in təəssübünü çəkənlər. Nala-mıxa vurmaq yetər, deyin görək “PiN” Azərbaycanın ərazi bütövlüyü tanıyır-tanımır? Bu suala da cavab yoxdu. Yoxdusa, ittiham, iddia qüvvəsində qalır. Deməli, ermənipərəst söhbəti də yerindədir, şişirdilməyib. 
Belədirsə, Azərbaycanın parçalanmasını istəyən, hətta bu yöndə çalışan bir qurumun insan haqları məsələsində bizə yaxşılığı, köməyi başına dəysin! Qəti əminəm ki, Qarabağ uğrunda, ərazi bütövlüyümüz uğrunda vuruşmuş müharibə veteranı, siyasi məhbus Tofiq Yaqublunun belə dəstəyə, “ayı xidməti”nə ehtiyacı yoxdu. Yəqin ki, Tofiq bəyin özünün də bu xüsusda qeydləri az sonra olacaq... 

Qəribədir, Azərbaycan dövlət kimi mövcud olmayandan sonra burda kim(lər)in haqqını müdafiə edəcək bu “nüfuzlu təşkilat”, ona yeri gəldi-gəlmədi züy tutanlar? Bu, başımızı yarıb ətəyimizə qoz tökmək deyilmi? 

Başqa yandan, nə əcəb Abxaziyanı, Cənubi Osetiyanı, Krımı da Foruma müstəqil üzv etdirməyə çalışmır həmin o “PiN”?!.
***
Yuxarıda sıralanan sualların cavabları əslində bizə də, quruma və onu kor-koranə, məqsədli müdafiə edənlərə də, habelə insan haqları ilə mili-dövlət maraqlarını, normal qəzetçiliklə vətən(daş) təəssübkeşliyini ayırd edə bilməyən şüvənpərvərlərə də bəllidir. Odur ki, qoy şərəf, düzlük və ləyaqət “etalonları” kimsəyə dərs keçməyə qalxmasınlar.

Son olaylardan dolayı şərəf-qürur məsələsində “qırmızı xətti” keçən və nə səbəbə keçdiyi də bəlli olan kimsə varsa da, o yüzdə yüz biz deyilik. Kim(lər)di, o da artıq hamıya bəlli...(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar