Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərif Ağayardan donos



Cəlil Cavanşir yazır


AYB sədri, xalq yazıçısı cənab Anar Rzayevə,

Surəti:  AYB-nin katibi, “525-ci qəzet”in sahibi Rəşad Məcid cənablarına
 
Yazıb sizə bildirirəm ki, xalq şairimiz Fikrət Qoca ilə məzələndiyinə görə AYB-dən çıxardığınız yazıçı Şərif Ağayar öz pozucu əməllərini yenə də davam etdirir. Əlinə fürsət düşən kimi məclislərdə xalq şairlərimiz və yazıçılarımızla, AYB rəhbərliyi ilə məzələnməyə davam edir. Onu dəfələrlə Anarın hekayələrini, Fikrət Qocanın və digər şairlərimizin şeirlərini oxuyub ağladığını görmüşəm. Yəqin ki, bu göz yaşlarının məzələnmək üçün olduğunu yazmağıma ehtiyac yoxdur...
 
Hörmətli sədr, hörmətli katib!
 
O gün görürəm ki, Şərif Ağayar bir dəstə cavan yazıçını yığıb başına, onlara zorla araq içirdir. Şərifin baz-burutundan qorxan ürkək yazarlar əllərində rumka, dodaqlarının arasında siqaret, əsə-əsə, dilləri topuq vura-vura həzin səslə Şərifə təriflər yağdırır, onun şəninə sərxoş nəğmələr söyləyirdilər. Yaxınlaşıb ədəb-ərkanla salam verdim, üzümə baxan olmadı. Özümə bir rumka araq süzüb oturdum Şərifin yanında. Sözün düzü, gənclərin heç biri salamı alacaq halda deyildi. Mən də nəğmə söyləyən gənclərimizə qoşulub Şərifin təkidi və israrı ilə xeyli araq içdim. Sonra Şərif mənə siqaret çəkdirdi. Gənclər ölümcül sərxoş halda masaya dirsəklənib Şərifin Anar müəllim haqqındakı sərxoş çıxışını dinləyirdilər. Onların sərxoş baxışları Şərifin ağzına dikilmişdi. Sonra gənclər sərxoş halda əllərindəki kağızdan şərti adı “AYB-ni necə dağıtmalı” olan planı oxuyub müzakirə etməyə başladılar. Aralarında çəlimsiz bir uşaq vardı, hamısı onu Kamikadze Ayxan çağırırdı. Sonradan bildim ki, bu yenicə hərbi xidmətdən gəlmiş Ayxan Ayvazdır. Şərif ona AYB-ni partlatmaq haqqında sərxoş təlimatlar verir, hərdən sərxoş səsini ucaldır, çəlimsiz gənc yazıçının üstünə qışqırırdı. Sonra Şərif bu çəlimsiz gənc yazara tapşırdı ki, Anardan aldığı 25 min manatla yazıçılara, şairlərə çoxlu araq və digər sipirtli içkilər alsın.
 
Hörmətli sədr, hörmətli katib!
Sonra Şərif gənc yazarlara onu dinləyib AYB-dən istefa verdikləri, onun inqilabçı-terrorist-sərxoş-istedadsız təşkilatına qoşulduqları üçün təşəkkür etdi. Sərxoş gənclər AYB əleyhinə şüarlar səsləndirməyə, üzr istəyirəm sizdən, təhqiramiz ifadələr işlətməyə başladılar.
 
Mən çəlimsizliyinə görə təsir altına düşüb AYB-dən istefa verən, sonradan Anar müəllimdən üzr istədiyi üçün gözümdə ucalan sərxoş Ayxan Ayvazı çəkdim kənara. Onu başa salmağa çalışdım ki, Anar müəllimin, Rauf müəllimin, Rəşad müəllimin araq içib sərxoş olandan sonra Şərifin təsirinə düşən adamlardan xoşu gəlmir. Sən gəl belə eləmə. Ancaq Ayxan qorxa-qorxa mənə dedi ki, Şərif Ağayar ona, gedib “Yeni Müsavat” qəzetinə müsahibə verməyi üçün sərt təlimat verib. Əslində başa düşdüm ki, Ayxanın bu işə könlü yoxdur, onu sərxoş edəndən sonra Şərif Ağayar təhrik edib.
 
Ayxana başa saldım ki, belə eləsən Anar müəllim öz cibindən sənə verdiyi 25 min manatı əlindən alacaq, özünü də AYB-dən qovacaq. Ayxan sərxoş şəkildə ağlaya-ağlaya mənə dedi ki, onun bu işdə heç bir günahı yoxdur. Üzr istəyirəm, ifadəmə görə, hətta Ayxan dedi ki, AYB-dəki korrupsiya faktlarının, kimə gəldi təqaüd verilməsinin, ədəbi nəşrlərin yarıtmazlığının da səbəbkarı Şərif Ağayardır.
 
Hörmətli sədr, hörmətli katib!
Yazıb sizə bildirirəm ki, Şərif Ağayarın gənclərə qarşı etdiyi bu hərəkətlərə son qoyulmasa, AYB-də ancaq yaşlılar qalacaq.
 
Şərif Ağayarın ziyalıya və yazıçıya yaraşmayan bu hərəkətlərini yazıb sizə bildirməyi özümə borc bildim. Sizə işlərinizdə uğurlar, fəaliyyətinizdə ardıcıllıq arzulayıram!
 
İmza: Bir xeyirxahınız (kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar