Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərifovun şirkəti - “Alabala”


“Nə dəxli var səə?


Nə üçün bilməlisən kimdir? Alabala...Soora?

Biz müəyyən edirik də...Bunun pressaya dəxli var?

Kimdir..? Mənəm, mənim şirkətimdir. Yaz!!!" 

Bu sözləri deyən bir məmur, baş nazirin müavini Abid Şərifovdur, sıradan biri deyil! Leksikona fikir verin: “Səəə nə dəxli var?”, “Alabala...” Ardınca da “Yaz!” Yəni jurnalistin yazdığı, göstərdiyi ona “vız geliyor”muş...

Ölkənin problemlərinə cavabdeh şəxslərdən birinin jurnalistlərin salamına əli cibində, saymazyana reaksiyası da ayrı müzakirə mövzusu ola bilərdi. Demirik ki, 15 nəfərin canını alan binanın qarşısına əlində qərənfil gəlməliydi. Əliboş gəlsin, eybi yox, amma həqarətli davranmasın. Bu, təkcə jurnalistlərə, onun hərəkətlərini efirdən izləyənlərə deyil, həlak olanların xatirəsinə hörmətiz davranışdır... 

Bəli, 19 mayda baş verən o dəhşətdən sonra hər kəs sabah bu faciənin təkrar olunmayacağına əmin olmalıdır. Hətta balaca Fərəh balamızın yaşıdları da... “Biz müəyyən edirik...” Siz müəyyən edəni də gördük, Xətaidə, Binəqədidə binaları, insanları necə çatır-çatır yandırdılar...

Abid Şərifov özü həmin o penoplast, ya poliuretanla bələnmiş binaların birində yaşasaydı, bütün bunlarla maraqlanmazdımı? 

Düzdür, 75 yaşlı Şərifov 20 ildir (!) baş nazirin müavinidir, üstəlik, 60-70-ci illərdə Bakı Baş Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, mühəndis işləyib, yəni nəyi necə etmək lazım olduğunu bilməmiş deyil. Ancaq axı bundan əvvəlkiləri gördük. Çıxıb xalqdan üzr istəmək əvəzinə, “səə nə var” demək...

Bu gün təkcə Bakıda təqribən 140 bina həmin o təhlükəli üzlüklərdən xilas edilirsə, vətədaş bilməlidir ki, sabah onları nə ilə əvəzləyəcəklər, budəfəki üzlük daha dəhşətli yanğına səbəb olmayacaq ki? Bütün bunları bilmək üçün də vətəndaş medianı izləyir. Mediaya verilən cavab elə milyonların gözləntilərinə cavabdır. Deyəsən, unudub, axı ölkə başçısı “məmur vətəndaşın xidmətçisidir” demişdi...

Şəffaflıq olsaydı, bu cür faciələr də yaşanmazdı. Şübhəm yoxdur ki, Abid Şərifov təmir işlərini aparmazdan öncə şirkətlər arasında tender elan olunmalı olduğunu, yalnız tenderi qazanan şirkətin müvafiq razılaşmalar əsasında işə başlamaq şansı qazandığını yaxşı bilir. Eyni zamanda onu da bilməmiş deyil ki, qanunvericiliyə əsasən, tender elanları və yekun nəticələr barədə KİV-də məlumatlar getməlidir. Bəs, elə isə niyə “bunun pressaya dəxli var” deyib? Bunun yalnız bir izahı ola bilər: bəzi məmurlar yerlərində o qədər kök salıblar ki, nə qanuna istinad edirlər, nə vətəndaş haqqı bilirlər, nə efirdən çəkinirlər. Yeri gəlmişkən, biri də vardı “konkret rədd ol” deyirdi, sonra mətbuatı yardıma çağırdı... 

Gözlənilən o idi ki, cənab Şərifov heç olmasa prezident səviyyəsində səslənən iradlardan nəticə çıxaracaq. Dövlət başçısı cəmi bir həftə əvvəl ölkə məmurlarını hər şeydən üstün olan insan üçün xidmətə çağırmışdı. Daha deməmişdi gedin hərəniz bir “Alabala” şirkəti yaradıb, millətə “səəə sən var” deyin. 

Elə həmin müşavirədə Abid Şərifov ciddi bir səhvə imza atmışdı. Bakıdakı təhlükəli üzlüklərin sökülməsi barədə prezidentin tapşırığına “bəlkə 20 gün gözləyək, Avropa Oyunları bitsin” deməklə. Əslində bu, məmurların vətəndaşa münasibətinin əyani sübutuydu. Uzun müddət ölkədəki fövqəladə hallarla mübarizə komissiyasına rəhbərlik etmiş, baş nazirin müavini statusunu daşıyan bir şəxs hər an növbəti faciələrin baş verə biləcəyi ehtimalının qarşılığında “bəlkə Avropa Oyunlarını keçirək, sonra sökək” deyirsə, bu yanaşmanın özü fəlakətə taydır. 
Bu günlərdə hətta Abutalıbov da Şərifovla müqayisədə sınaqdan daha yaxşı çıxdı. Sakinlər, jurnalistlər ona daha nələr demədilər, nələri soruşmadılar. 

Mer hətta dedi ki, bilsə kimsə həyata qayıdar, əvəzində ölə də bilər. Çoxları bu sözləri ayrı yerə yozdu, artisizm elementləri axtardı, günahını ört-bastır etmək cəhdi saydı, ancaq hər halda dedi, səbrlə müsahibələr verdi. Hətta Xaləddin İsgəndərov da yaxasından yapışan sakinlərə, onu sual yağına tutan media əhlinə “səə nə dəxli var” demək cəsarətində bulunmadı. Ancaq Şərifov nə KİV haqqında qanuna, nə vətəndaş haqqına, nə ölənlərin ruhuna sayğılı davranmadı. Prezident onu “səə nə var” demək üçün göndərməmişdi. Bu ölkə, onun qanunları, insanları ilə öz şirkəti ilə davranrmış kimi davrandı...Alabalasayağı. 

Avropa Oyunlarına da 20 gün qalır. Avropa bir məmurun vətəndaşla bu sayaq davranışını görsə, biabır olacağıq. Binanı yeni örtüklə bəzəməyə nə var ki... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Rusiyanın Azərbaycanı icarəyə götürmək planı

Ən çox oxunanalar