Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi xaraba qoyan “ərəb baharı” ideyasına Nobel mükafatı...


Bu dəfə sülh üzrə Nobel mükafatının heç kəsin tanımadıgı bir təşkilata - Tunis Milli Dialoq Kvartetinə verilməsi böyük təəccüblə qarşılandı


Bununla da “ərəb baharı” adı ilə tarixdə qalacaq kataklizmlərin sırasında yeganə nisbətən az sarsıntılarla bitən nümunəyə ehtiramını bildirən Nobel Komitəsi həm də “inqilabların ixracı” prosesinə ümumilikdə müsbət yanaşdığını sərgiləmiş oldu.

Yəni “ərəb baharları” heç də pis strategiya deyilmiş - baxmayaraq ki, Suriyada sonsuz savaşa yol açıb, Yəməni məhv edib, Liviyanı xarabaya çevirib, Bəhreyndə qanlı toqquşmalarla nəticələnib və s.

Sanki demək istəyirlər: baxın, tunislilər müharibədən qaça bildi, ölkədə sabitlikdir, islamçılar isə mötədildir və bunun səbəbkarı da Tunis kvartetidir. Bu təşkilat həmkarlar ittifaqları, biznes-elita, vəkillər və hüquq müdafiəçilərindən ibarətdir. Onlar milli dialoqu təmin etməklə 2013-cü ildə ölkədə terror dalğasına son qoyublar...

Ancaq belədirmi? Çətin ki...

Əvvəla, Tunisin vəziyyətdən az qanla çıxmasında ilk rolu “yasəmən inqilabı”nın başlanmasından cəmisi bir ay sonra prezident Ben Əlinin ölkədən qaçması oynadı. 24 il hakimiyyətdə olmuş Ben Əli böyük qana getmədi.

İkincisi, Tunisdə Suriya və Liviya ssenarisinin təkrarlanmasında Qərb özü də maraqlı deyildi. Afrikanın ən çox avropalaşmış bu ölkəsində islamçıların mövqeləri əvvəldən də güclü deyildi. Başında Rəşid Qannuşinin dayandiğı islamçılar ilk sərbəst seçkilərdə parlamentdəki yerlərin 40 faizini qazansalar da onlar özlərini daha çox Türkiyədəki Ərdoğanın AKP-sinə yaxın bilirdilər.

Buna baxmayaraq artıq 2012-ci ildə Tunisdə kübar siyasi qüvvələrlə islamçılar arasındakı toqquşmalar teraktlarla müşayiət olunmağa başladı. Ancaq islamçıların radikallaşmasının qarşısını alan başqa hadisələr də baş verdı. Burada ilk növbədə Suriyada gedən savaşı nəzərə almaq lazımdır - islamçıların əksəriyyəti vuruşmaq üçün Suriyaya yollandı.

Digər tərəfdən isə Qərb də Tunis hadisələrini liberalların qələbəsi nümunəsi kimi təbliğ edərək sabitliyin qarantı olmağa çalışdı. Kvartet də məhz onların xeyir-duası və maliyyə yardımı ilə yaradılaraq liberalların toplandığı quruma çevrildi. Sonda prezident kürsüsünə “Tunisin səsi” partiyasının lideri, 88 yaşli əs-Səbsi yiyələndi.

Yəni Tunıs “uğurlu inqilab”ın vitrini imicinə layiq bilindi. Bu uğurun “səbəbkarı” tituluna heç tunislilərin çoxunun adını belə eşitmədiyi kvartet sahibləndirildi. Bu isə o deməkdir ki, hazırda həyat şəraitləri Ben Əlinin hakimiyyəti dövrü ilə müqayisədə xeyli aşağı düşmüş Tunis “rəng inqilabları” strategiyasının davam etdiriləcəyinə bir kart-blanş kimi görünür.

Halbuki kvarteti mükafatlandırmaqda norveçlilərin tələsdiyi göz qabağındadır. Çünki Tunisdəki sabitlik illüzordur. Bu il ərzində ölkədə iki səs-küylü terror aktı baş verib. Əvvəcə yanvarda parlament binasının yaxınlığındakı Bardo muzeyində 17 əcnəbi qətlə yetirildi, sonra isə məşhur əl-Kantaui çimərliyində 40 turist öldürüldü. Teraktların təşkilatçılığını İŞİD öz üzərinə götürdü.

Daha bir təhlükə mənbəyi isə Suriyaya gedən terrorçuların geriyə qayıtmağa başlamaları ilə bağlıdır. Yəni Tunisi irəlidə ağır sınaqlar gözləyir. Və Nobel Komitəsinin Avropa dəyərlərının tətbiqinin uğurlu variantı kimi Tunisi reklam etmək istəyi anlaşılandır. Amma bu niyyətin ərəb dünyasında əks-səda tapacağının şansı olduqca zəif görünür.

Bukmeyker şirkətləri isə bu ilin laureatları sırasında favorit olaraq tamamilə başqa namizədlərin adlarını çəkirdilər. Ən şanslı olaraq Angela Merkel və Roma papası Fransisk sayılırdı. Ancaq qalib kimi ən gözlənilməz namizəd - Tunis Kvarteti seçildi...(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar