Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı


Xəbər verdiyimiz kimi, bu gün Nardaranda islamçı ekstremistlərlə qarşıdurma zamanı iki polis qəhrəmancasına həlak olub


Ailələrinin təhlükəsizliyi baxımından Daxili İşlər Nazirliyi dünyəvi və demokratik Azərbaycan uğrunda mübarizədə canlarından keçmiş qəhrəman mərhum işçilərinin adlarını açıqlamayıb.

Ancaq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə virtualaz.org saytına açıqlamasında həmin polisləri şəhid elan edib.

Xatırladaq ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradaraq Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər.

Həmçinin Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirib respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edərək, tərəfdarlarına göstərişlər verib, əhaliyə çağırış vərəqələri paylıblar.

Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Bu mənada həlak olan polislər heç vaxt dini-məzhəbi ideologiya ilə dövlətçilik modeli görmək isəməyən Azərbaycanın çiçəklənməsi uğrunda canlarından keçərək əzəmətli şəhidlik adı zirvəsinə yüksəliblər.

Canlarından keçərək bizim və uşaqlarımızın həyatını orta əsr cəhalətindən xilas edən həmin polislər hər cür hörmətə və ehirama layiqdirlər. Çünki Hacı Taleh kimilərinin cəhalətə aparan belə hərəkələri dini məzhəblərin, ilk nvbədə isə İslam dininin dəyərlərinə qarşı yönəlib. Bu məzhəbçilik müharibə, nifrət, dözümsüzlük təbliğ etməklə inkişaf elmi olan sivilizasiyanı və texnoloji nailiyyətləri inkar edir. Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar