Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx dindarlara çağırış etdi - Video


Hacı Allahşükür Paşazadə bütün dindarları birliyə səslədi


Avropa Şurasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi açıla bilər. Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni ilə görüşdə deyib. 

ANS TV-nin məumatına görə, Şeyx bildirib ki, rəhbərlik etdiyi idarə böyük bir təcrübəyə malikdir və bu idarə bir çox məsələlərin həllində yaxından öz köməyini göstərə bilər. Avropalı rəsmi isə Şeyxin bu təklifini məmnunluqla qarşılayıb. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr Azərbaycanı haqsız olaraq tənqid edir və burada vicdan azadlığının olmadığını qeyd edirlər. 

Görüşdə iştirak edən Azərbaycandakı xristian və yəhudi dini icmalarının rəhbərləri ölkəmizdə insanların 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, digər dinlərə də hörmətlə yanaşıldığını, bir-birlərinin dini bayramlarını birlikdə qeyd etdiklərini, dini icmaların fəaliyyəti üçün geniş şərait yaradıldığını, dinlərin və millətlərin dinc və yanaşı yaşadıqlarını vurğulayıb.

Hacı Allahşükür Paşazadə bildirib ki, dünyanın müxtəlif yerlərində ayrı dinlərdən olan insanların öldürülməsi üçün sui-istifadə olunması məyusluq doğurur.

“Dünyanın müxtəlif yerlərində müsəlmanlar, xristianlar bir-birilərini öldürürlər. Bu biz dindarları narahat edir. Xüsusən Suriya, Fələstin və Ukraynada baş verən hadisələr və hələ də Qarabağ probleminin öz həllini tapmaması bizi çox narahat edir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Qarabağda bizim məscidlərimiz, müqəddəs yerlərimiz var. Bu gün o torpaqlarımızdakı dini-mədəni abidələr dağıdılır. Biz din xadimləri Qarabağın azad olunmasını, münaqişənin Azərbaycan sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasını istəyirik”- deyə şeyx qeyd edib. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar