Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxə qarşı şok ittiham


İddiaya görə çəkilişlərdə axundların pul-para söhbətləri və digər biyabırçı videoyazılar var...


Musavat.com-un elektron poçtuna sensasion bir material daxil olub. Əvvəllər də verdiyi məlumatların səhihliyi ilə seçilən mənbə qeyd edir ki, Qafqaz Müsəlmanları İdarəsində gizli kameralar aşkarlanıb. Heç demə, şeyx həzrətləri illərdən bəri öz işçilərini kamera ilə izləyirmiş. 

Məlumatı ötürən mənbə bunu “Elşad Abdullayevdən sonra ikinci böyük gizli çəkiliş skandalı” adlandırır.

Bildirilir ki, bu, Azərbaycan tarixində ən böyük telequlaq skandalıdır. QMİ sədri Paşazadə QMİ-də axundların otaqlarında, Bakı İslam Universitetinin rektoru və müəllimlərin kabinetlərində, müavini Hacı Salmanın otağında və Həccə sənəd toplama idarəsində gizli kameralar yerləşdirtdirib və öz işçilərini gizli şəkildə izləyib. 

Qeyd olunur ki, bu əməlin üstü bir aydır ki açılıb. Bununla belə, əməlin faş olunmasının təsadüfdən, yoxsa başqa səbəbdən təşkil edilməsi bilinmir. 

Hazırda bu üzdən QMİ-də vəziyyətin olduqca pis olduğu deyilir və hamı öz arasında bu hərəkəti mənfi qiymətləndirir, müzakirə açır. Xüsusilə zaman-zaman Paşazadənin əleyhinə danışanlar narahat və qeyzlidir.

QMİ sədrinin müavini Mir Əzizin bunu bildikdən sonra Paşazadə ilə mübahisə etməsi və qəzəbindən infarkt keçirməsinin də gizli izlənmə ilə əlaqəli olduğu deyilir. 

Materialda o da bildirilir ki, şeyxin sifarişi ilə gizli kameraları yerləşdirən şəxs hazırda İsveçrədə mühacirətdədir. Şeyx təlaşa düşüb ki, görəsən, həmin adam gizli çəkilişləri özü üçün bir bazada toplayıbmı. Şeyx bu barədə təhlükəsizlik mütəxəssisləri ilə də görüşüb. Onlar  şeyxə deyiblər ki, bu sistem WI-FI ilə bağlı olduğu üçün sistemi quran şəxs tərəfindən başqa yerdə bazada toplanması mümkündür. QMİ içərisindəki mənbə deyir ki, əgər həmin gizli çəkilişlər başqa əllərə keçsə, bu, şeyxin sonu olacaq. Çünki orda axundların yersiz söhbətləri, söyüşləri, pul-para söhbətləri, axund təyinatlarında rüşvət söhbətləri və sair biabırçı videoyazılar var. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar