Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin idarəsi Nardaran hadisələri ilə bağlı bəyanat yaydı


Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədr olduu Qafqaz Müsəlmanları İdarəsi bu gün Nardaran qəsəbəsində baş vermiş məlum hadisə ilə bağlı bəyanat yayıb


Virtualaz.org QMİ-dən daxil olan bəyənatı olduğu kimi təqdim edir: “Baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk.

Bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin kənd sakinlərinə heç bir aidiyyatı yoxdur. Əminik ki, Nardaran əhalisi baş verənlərin əleyhinədir.

Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil.

Dini mərkəz olaraq, Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktının kimliyindən asılı olmayaraq törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi qiymət versin.

Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır.

Təəssüflər olsun ki, bu hadisələr insan tələfatı ilə nəticələnmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Bir daha bildiririk ki, Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər, dövlət başçımızın siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir, bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səyləri dəstəkləyirlər. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar