Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin qardaşının şübhəli dissertasiya işi

Şeyxin qardaşının şübhəli dissertasiya işi – Cavanşir Paşazadə AAK-ın tələbinə əməl etməyib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə elmi dərəcə almaq üçün bu gün dissertasiya müdafiə edəcək.

Reyting.az saytının məlumatına görə, Cavanşir Paşazadənin "Azərbaycanda neft-qaz sənayesinin emal şəbəkəsinin genişləndirilməsinin aktual problemləri və perspektivləri” mövzusunda yazdığı elmi iş "Odlar Yurdu” Universitetində yerinə yetirilib.

İxtisas: 5304.01 - "İqtisadi fəaliyyət növləri” İqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Qənimət Əsəd oğlu Səfərov, rəsmi opponentləri - iqtisad elmləri doktoru, professor Məhəbbət Aşır oğlu Məmmədov və iqtisad elmləri namizədi, dosent İsmayıl Cəfər oğlu Həsənovdur.

Dissertasiyanın müdafiəsinin bu gün saat 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki D.02.141 - Dissertasiya Şurasının iclasında keçirilməsi planlaşdırılıb.

Reyting.az-ın əldə etdiyi məlumatda bildirilir ki, ölkədə dissertantura müddəti 4 il olsa da, C.Paşazadənin məqalələri yalnız 2016-cı ildə çıxıb. Onun belə sürətlə dissertasiya müdafiəsinə buraxılması isə həm bu səbəbdən, həm də digər məsələlərə görə şübhə doğurur. Çünki onun öz "elmi şücaət”ini harada tətbiq etməsi də müvafiq sənədlərdə göstərilməyib. Ali Attestasiya Komissiyasının (AAK) tələbinə görə isə, tətbiq mütləq göstərilməlidir. Digər bir şübhəli məsələ iddiaçının fəlsəfədən minimum imtahan verməməsidir.

Bütün bunlarla yanaşı, Paşazadənin belə qısa müddətdə dissertasiya müdafiə etməsi yəqin ki, "rekord göstərici” sayılmalıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar