Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin “ehsan qadağası“na qarşı çıxmasının təfərrüatları


QMİ sədri hökumətin rəsmi qərarı ilə barışmır və “VİP çadır” biznesini itirmək istəmir; əməkdaşımız qadağada sonrakı durumu araşdırıb, qiymətlər ölü yiyəsini “dirildir”...


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yas mərasimlərində ehsan qadağasına qarşı dirəniş göstərir. Şeyx öz biznesini saxlamaq naminə rəsmi qərarla barışmır və bu qarşıdurmada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə arasında gərginlik yaşanmaqdadır. 

Məlumata görə, Paşazadə istəmir ki, ehsan məclislərindəki təmtəraqlı süfrələr, ifratçılıq birdəfəlik yığışdırılsın. Çünki bu qərar onun “Əjdər bəy” məscidinin yaxınlığındakı biznesinə son qoya bilər. Bu ərazidə yaratdığı “çadır bazarı” ilə o, böyük gəlirlər əldə edir. Bu səbəbdən hələ də ibadət evinin yanında şıdırığı çadır biznesi davam edir. 

Ötən gün hökumətin rəsmi qadağasının bu bazara necə təsir etdiyini öyrənmək üçün araşdırma apardıq. Məlum oldu ki, şeyx bu qərara müqavimət göstərmək sayəsində biznesini saxlayıb. Belə ki, “Təzə bazar”ın yuxarısından  başlayaraq “Göy məscid”ə qədər yol qırağında “Vip salon” yazılmış çadır maşınları düzlənib. “KamAZ” markalı bu maşınlar vasitəsilə çadır, texniki avadanlıq, qab-qacaq və s. zəruri əşyalar yas məclisinə daşınır. 
Bir qədər irəlidə isə qara rəngli cənazə maşınları sırayla saxlanıblar. Ucu-bucağı görünməyən maşın karvanları az qala yolun bir hissəsini mühasirəyə alıb. Yan-yörədə isə ofislər yerləşir və məclis sahibi burada danışıqlar aparır. 

Danışıqlardan asılı olaraq qiymətlərdə müəyyən endirimlər edilir. Cənazə maşınları məsafədən asılı olaraq daşınır. Şəhərdaxilində maşınları 80-120 manat arası razılaşırlar. Paytaxtdan regionlara isə kilometrə 1 manatdan hesablanır. Çadır qiymətləri də belədir. 100 nəfərlik çadırın quraşdırılması, qab-qacaq, ofisiant, çayçı, salat düzəldən və qabyuyan - ümumilikdə 500 manatdır. Yas sahibi süfrə açdırmaq istəyirsə, burada çeşidli təkliflər var. 

Ofislərdən birinə yaxınlaşıb siyahını əldə edirik. Menyüdə elə nemətlər var, sanki toy məclisidir. Çadır biznesini işlədən sahibkar deyir ki, qiymətlər dəyişkəndir və müştərinin seçimindən asılıdır. O, menyüdə seçim etməkdə azaddır. Siyahıya baxıb istənilən neməti əlavə və ya xaric etmək olar. Bu da hesablananda fərqli rəqəmlər ortaya çıxır. Sahibkarın sözlərinə görə, 100 nəfərlik mərasim zalında 45-50 nəfər yeməyə qalırsa, hardasa 1000 manatdan yuxarı xərci var. 

Sahibkar yas mərasimlərində ehsan verilərkən israfçılığa qarşı tətbiq olunan qadağadan xəbərsizdir. Onun dediyinə görə, bu qadağa işləməyəcək: “Kimə deyə bilərsən ki, öz doğma adamının yasında bunu ver, bunu vermə. Fərdi məsələdir, qardaş. Heç kəsin işinə qarışmaq olmaz. Şəxsi seçimdir. Adam var qənd və çay verir.  Eləsi də var naz-nemətlərin hamısını süfrəyə düzür”. Jurnalist olduğumuzu bilməyən sahibkar qeyd edir ki, onlara heç bir xəbərdarlıq olunmayıb. Həmsöhbətimiz inanmır ki, yaxın vaxtda qərar təsir etsin. 
Onu da deyək ki, çadırlar Almaniya və Çindən gətirilir. Şəhərin bir neçə yerində VİP çadır xidməti var. Bu xidmətə qışda qızdırıcı, yayda kondisioner əlavə edilir. Çadıra döşəmə vurulur, yağışlı havada içəri heç bir nəmişlik keçmir. Sahibkarlar işdən narazılıq etmirlər. Onlar hər ay müştəri olduğunu söyləyirlər. Təkcə yas mərasimləri deyil, adi vaxtda ehsan süfrələri açdıranlar olur. Bir nəzir-niyyəti qəbul edilən adamlar müraciət edirlər ki, ehsan versinlər. Həmçinin Ramazan və Məhərrəm aylarında tələbat artır. 

Yada salaq ki, hökumət uzun illər Azərbaycanda ictimai bəlaya çevrilən israfçı mərasimlərdən qurtulmaq üçün məcburi qaydalar tətbiq etməyə başlayıb. Artıq ölkə üzrə yerli icra orqanlarına yas məclislərinin sadə şəkildə, yemək süfrələri olmadan təşkil olunması ilə bağlı göstəriş verilib. Bununla bağlı ərazilər üzrə din xadimləri, yerli icra qurumlarına tapşırıqlar verilib. Hətta məlum olub ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərindəki xeyir-şər evlərini nəzarətə götürüb. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Azərbaycanda yas məclislərinin keçirilməsi ilə bağlı tənzimləmələrə toxunub. Komitə sədri bildirib ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, QMİ ehsan məclisləri ilə bağlı göstəriş vermək səlahiyyətində deyil.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar