Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxülislam Şəhidlər məscidinə 2 axund və 2 imam təyin etdi


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Şəhidlər” məscidinə axund və imam təyin edib


Bu barədə Alllahşükür Paşazadə müsahibəsində bildirib. 

Təyin olunan din xadimləri Əyanət Cəfərov və Mirzaid Qənbərov imam, Cavid Kərimov və Gülağa İsmayılov isə axund vəzifəsini yerinə yetirəcəklər. 

Şeyxülislam bildirib ki, bəzi məsələlər mətbuatda düşzün şərh və təqdim olunmur: “Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görə QMİ həyata keçirir. Bu, başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün QMİ Şəhidlər məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələləri, mühafizəsi, yəni inzibati qaydada həyata keçiriləsi işlərini həyata keçirir. Bu, belə də olmalıdır”.

Qeyd edək ki, Bakıdakı Şəhidlər məscidi Türkiyənin Dini İşlər Vəqfi tərəfindən 1996-cı ildə tikilib. 2011-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Şəhidlər” məscidinin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilib ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi fərdi ibadət edənlər üçün və protokol üçün açıqdır, lakin burada dini icma fəaliyyət göstərməyəcək. Məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar