Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimal rayonlarında sürüşmə pik həddə çatıb

Azərbaycanın ənənəvi sürüşmə rayonlarındakı fəallıq demək olar ki, pik həddə çatıb, dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə isə sürüşmə sahələrində yüksək fəallıq müşahidə edilir


Bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, uzun müddət davam edən yağıntılar ölkə ərazisindəki sürüşmə sahələrinin kəskin fəallaşmasına səbəb olub: “Klassik sürüşmə rayonlarında fəallıq demək olar ki, pik həddə çatıb. Bu ərazilərə Şamaxı, Ağsu, İsmayıllı rayonları, xüsusilə Ağçay dərəsində, yəni Muğanlı sürüşmə zonası və ona yaxın ərazilərdə, Basqal kəndinin yaxınlığında, Lahıc yolu və onun ətrafında olan, Girdimançay hövzəsindəki sürüşmə sahələri aiddir”.

E.Əlizadə əlavə edib ki, hazırda İsmayıllının İstisu kəndində sürüşmə prosesi davam edir. Bundan başqa, Böyük Qafqazın şimal-şərq yamacında - Quba, Qusar, Siyəzən, Şabran, Xızı rayonlarında da sürüşmə sahələri xeyli fəallaşıb, hətta dövlət əhəmiyyətli Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna yaxın ərazilərdə sürüşmə sahələrində yüksək aktivlik nəzərə çarpır.

E.Əlizadə qeyd edib ki, həm yağıntıların çox düşməsi, həm də yağan qarın əriməsi nəticəsində Quba-Xınalıq yolunun bir neçə hissəsində uçqun xarakterli sürüşmə hadisələri qeydə alınıb. Hazırda həm Bakı-Qobustan-Şamaxı-Ağsu, həm Şamaxı-Muğanlı-İsmayıllı, həm də Lənkəran-Lerik yolunda və digər kənd arası yollarda sürüşmə sahələrində fəallıq var: “Rütubətli dövrün hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, onda gərginliyin də xeyli davam edəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, sürüşmə sahələrindəki gərginlik adətən, yağıntı mövsümü qurtardıqdan sonra bir neçə həftəyə qədər davam edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar