Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali İraqda müstəqillik referendumu bu gün təxirə salına bilər


Bu gün günorta saatlarında Şimali İraqın mərkəzi şəhəri (paytaxt) Ərbildə çox mühüm mətbuat konfransı keçiriləcək


Brifinqdə sabah keçirilməsi nəzərdə tutulan referendumla bağlı son qərar açıqlanacaq.

Strateq.az xəbər verir ki, məlumatı Şimali İraq Kürd Muxtariyyatlığının Prezident Adminsitrasiyası yayıb.

Müşahidəçilər brifinqdə referendumun təxirə salındığının açıqlanacağını güman edirlər. Nədən ki, başda ABŞ olmaqla, bir çox dünya dövlətləri Bərzaninin referendum qərarını İŞİD-ə qarşı mübarizədə diqqəti başqa istiqamətə yayındıran təxribat kimi qiymətləndirir və buna qarşı çıxırdılar. Region dövlətləri də referendumun təxirə salınmasını tələb edir və hətta bunun müharibəyə səbəbi olacağı mesajını verirdilər.

Təsadüfi deyil ki, dünən İraqın Baş qərargah rəisi Türkiyəyə gəlmiş, öz həmkarıyla görüşmüşdü. Ardından Türkiyə parlamenti bir neçə il əvvəl çıxartdığı Suriyaİraqa müharibə elan etmək qərarını 1 il daha uzatmış, cənub sərhədlərindəki ordu birliklərini gücləndirmişdi. Daha sonra isə İraq Konstitusiya Məhkəməsi keçiriləcək referendumun Ana qanuna zidd olduğu barədə açıqlama vermişdi. Bu isə referendumun keçiriləcəyi təqdirdə İraq ordusunun də bölgəyə müdaxilə edəcəyinə işarə kimi qiymətləndirilirdi. İranSuriyanın da başlanacağı güman olunan hərbi əməliyyatlarda rəsmi Bağdadın yanında dayanacağı bəlli idi.

Vəziyyətin bu qədər kritik hal aldığı bir zamanda Şimali İraq hakimiyyətinin təmsilçiləri Bağdada getmiş, ölkə rəsmiləriylə danışıqlara başlamışdı. Görünən budur ki, sonunda Bərzani də daşın qayaya rast gəldiyini anladığından geri çəkilmək məcburiyyətində qalıb. Halbuki, bir gün əvvəl Bərzani bu yolda ölümə belə hazır olduğunu deyərək, referendumdan vaz keçilməyəcəyini bəyan edirdi. Fəqət referendumun məsuliyyətini də öz boynundan atır, bunun kürd xalqının arzusu olduğunu bildirirdi.

Deyəsən, Bərzaninin açıqlamaları dünya dövlətləri tərəfindən real qəbul olunmayıb. Bunun isə ciddi əsasları var. Zira referendumu kürd xalqının yekdilliklə tələb etmədiyi ortada idi. Bölgənin ana müxalifət partiyası sayılan Goran hərəkatı dünya ictimaiyyətinin iradəsinə qarşı getməyi ağılsızlıq kimi qiymətləndirir və qərara Bərzaninin öz reytinqini yüksəltmək əməliyyatı kimi baxırdı. Eynilə Şimali İraqın ikinci böyük əşirətinin lideri Təlabani də referenduma şübhə ilə yanaşırdı.

Belə aydın olur ki, Bərzani müxalifləri çox da haqsız deyillərmiş. Referendum qərarı keçirilmək üçün yox, Bərzanini ən böyük vətənsevər kimi göstərib təxirə salınmaq üçün verilmişdi.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar