Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya pivə festivalının keçirilməsini dayandırıb


Turizm şirkətlərinin verdiyi məlumata əsasən Şimali Koreya ildə bir dəfə keçirilən Teadonqqanq pivə festivalının keçirilməsini dayandırdı


Festival ilk dəfə keçən il keçirilmişdi. Bu il 26 iyulda isə ikincisi keçiriləcəkdi.  

Şimali Koreyaya turist səfərləri təşkil edən “Koryo Tours” və “Young Pioneer Tours” şirkətlərinə bazar günü (23 iyul) bu barədə məlumat verilib. Səbəbi barədə isə rəsmi açıqlama verilməyib.

Turizm şirkətlərinin qənaətinə görə, festivalın keçirilməmə səbəbi ölkədə yaranan quraqlıqdır. Şimali Koreyada 2001-ci ildən bu yana quraqlıq artmaqda davam edir. BMT keçən həftə ölkədə baş verən quraqlığa görə ərzaq qıtlığının yaranma təhlükəsinin olduğunu bildirib.

Şimali Koreyada ən məhsuldar dövr aprel-iyul aylarıdır və quraqlığın davam etməsi artıq düyü və qarğıdalı məhsullarını risk altında qoyub.

Dövlətə məxsus Teadonqqanq puvə fabriki 2000-ci ildə təsis edilib. Şimali Koreyanın o dövrdəki lideri Kim Çen Britaniyaya məxsus pivə fabriki “Ushers of Trowbridge” şirkətini satın almışdı. “Ushers” plantasiyalarını almaq üçün şimali koreyalılar 1.5 milyon dollar məbləğində pul ödəyibmiş. Britaniya mətbuatı yazır ki, daha sonra isə məhsullar toplanılıb Pxenyana göndərilib.

Şirkət pivə festivalını ilk dəfə keçən ilin avqust ayında keçirdib. Hesablamalara görə, bir ay davam edən festivalı 45000 nəfər ziyarət edib. Ziyarətçilərin əksəriyyəti paytaxt Pxenyanın sakinləri və bir neçə turist olub.

Şimali Koreyanın dövlət mediası festivalı keçən həftəyə qədər təbliğ edirdi. Hətta yeni buğda pivəsinin festivalda təqdim olunacağını da anons etmişdi. (musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar