Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Lent.az-a verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.
Onlardan 14 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. Onlardan 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
7 nəfərin isə xəsarətləri yüngüldür.
pia.az