Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siçanlar fermerlərin xeyrini əlindən belə alır



Ağcabədidə taxıl sahələrinə yayılan siçanlar yüzlərlə hektar (ha) sahəni məhv edib


Rayonun Boyat kəndində fermerlər 280 ha sahədə arpa və taxıl əkib. Ötən il payız mövsümündə səpin aparılan ərazilərə gəmiricilər daraşması nəticəsində məhsul məhv olmaq təhlükəsiylə üz-üzə qalıb. Kənd sakinlərinin sözərinə görə ötən illə müqayisədə bu il gəmiricilərin sayı 2 dəfə çoxdur.

Fermer Eldəniz Əliyev belə getsə ziyana düşəcəyini deyir: "Keçən il 1 ha taxıl əkmişdim və 4 ton taxıl götürdüm. Bu illləri bu yoxdur. Bu gedişlə heç kombayının pulunu ödəyə bilməyəcəm. Ən aşağısı 700-800 manat xərc çəkmişəm". 

Fermerlər deyir ki, gəmiricilərlə mübarizə aparmaq üçün təqribən 2 ay öncə dərman pereparatları alıblar. Amma sicanlar kütləvi şəkildə yayıldığından verilən 8 kq dərman pereparatı kifayət etməyib. Vaxtında tədbir görülərsə məhsulun 50-60 faizini xilas etmək olar. 

Fermer Naib Abbasov onlara az dərman verilməsindən şikayətlənib: "1 ha 1 qaşıq dərman veriblər. Onu hansı deşiyə qoyasan. Hektara yarım kq dərman lazimdir. Siçan deşiklərini görürsüz də göz qabağındadır. Tək mən deyiləm qohum-qonşunun sahəsi də hamısı belədir. Gərək hamı qoya ki, sahədə siçanlar qırıla". 

Fermer Adil Əhmədov tək taxıl sahələrinin deyil, yonca əkilən yerlərində siçanların kütləvi hücumuna məruz qaldığını bildirib: "Bir taxıl deyil, bütün yonca sahələrinin də hamısı bu gündədi. Taxıldı bax siçan doğrayıb töküb yerə, əlimizi üzmüşük. Burdan nə məhsul götürəcəyik. 

Məsələylə bağlı Ağcabədi rayon İH-nin aqrar məsələlər şöbəsiylə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, gəmiricilərin çoxalması ötən il havaların quraqlıq, qış mövsümünün isə mülayim keçməsiylə əlaqəlidir. Üstəlik Ağcabədi rayonunun Ağdamın işğal altındakı əraziləriylə həmsərhəd olması da ziyanvericilərin geniş yayılmasına təsir göstərir. Buna baxmayaraq ziyanvericilərlə mübarizə üçün yerli bitki mühafizə idarəsində dərman pereparatları mövcuddur. 

Ağcabədi rayon İH aqrar məsələlər şöbəsinin baş məsləhətçisi Muxtar Bağırov məsələyə belə münasibət bildirib: "Bu ərazilər Ağdamla sərhəd olan ərazilərdir. Orada onların qışlaması üçün, artması üçün əlverişli şərait yaranıb. Ona görə də birbaşa bizim rayonun ərazisinə keçib təsərrüfatlara ziyan vura bilirlər. Rayonda lazım olan qədər sinfosfit pereparatı bitki mühafizə idarəsində saxlanılır. Nə vaxt müraciət etsələr nəinki 8 kq əlavə də dərmanlar veriləcək. Bizə müraciət eləməyiblər. Müraciət etsələr problemi vaxtında aradan qaldırılar. 

Aqrar şöbədən onu da bildirdilər ki, yerli fermerlələ gəmiricilərlə mübarizə mövzusunda seminarlar da keçirilib. Onlara dərman pereparatlarının sahələrə hansı şəkildə verilməsi başa salınıb. Fermerlər tərəfindən əlavə müraciətlər olarsa lazımı qədər dərman pereparatı ilə pulsuz təmin olunacaqlar.(ans press)





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar