Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığorta şirkətlərinin fırıldaqları


Sığorta şirkətləri bizi necə aldadır?


Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizdə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən sığorta haqları üzrə yığım ötən ilin analoji dövrü ilə müqayisədə 17,9% və ya 56 milyon manat artaraq 368,9 milyon manata bərabər olub.

Sığorta ödənişləri isə 34,1% və ya 28 milyon manat artaraq, 110,5 milyon manat təşkil edib. Dövlət Sığorta Nəzarəti Xidmətindən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən ilin ilk 11 ayı ilə müqayisədə 2013-cü ilin yanvar-noyabr aylarında sığorta haqları üzrə yığım icbari sığorta növlərində 5,4% (6,5 milyon manat), könüllü sığorta növlərində isə 25,6% (49,5 milyon manat) artıb.

Sığorta yığımlarının yarıdan çoxu 4 sığorta növünün payına düşüb

Ayrı-ayrı sığorta növlərinə gəldikdə isə hesabat dövrü ərzində ən çox sığorta haqqı avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə yığılıb. Cari ilin ilk 11 ayında sığortanın bu növü üzrə 65,2 milyon manat sığorta haqqı yığılıb ki, bu da ümumi sığorta haqlarının 17,6%-nə bərabərdir. 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 4,9% və ya 3,4 milyon manat azalma olub. Yığımdan fərqli olaraq sığortanın bu növü üzrə ödənişlərin həcmi ötən illə müqayisədə 4,2 dəfə və ya 18 milyon manat artaraq 23,6 milyon manata çatıb. Bundan başqa sığorta haqları ən çox könüllü sığorta növlərindən olan tibbi sığorta, avtonəqliyyat vasitələrinin sığortası və əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığılıb. Bu növlər üzrə yığımın həcmi müvafiq olaraq 57,1, 51,8 və 40,9 milyon manat təşkil edib. Nəticədə sığorta yığımlarının yarıdan çoxu – 55,3%-i adlarını qeyd etdiyimiz 4 sığorta növünün payına düşüb. Ən az sığorta haqqı isə işin dayanması ilə bağlı risklərdən sığorta növündə qeydə alınıb. Bu növdə cəmi 3,6 min manat sığorta haqqı yığılıb. 12 sığorta növü üzrə isə yığım olmayıb.

Sığortanın 21 növü üzrə heç bir ödəniş edilməyib

Ən çox sığorta ödənişi isə tibbi sığorta və avtonəqliyyat vasitələrinin sığortası növlərində qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin son 11 ayı ərzində tibbi sığorta növündə ödənişlərin həcmi 19% və ya 6,7 milyon manat dəfə artaraq 41,9 milyon manata, avtonəqliyyat vasitələrinin sığortası növündə isə 21,9% və ya 4,5 milyon manat artaraq 25 milyon manata çatıb. Ən az sığorta ödənişi isə su nəqliyyat vasitələrinin sığortası növündə olub. 2012-ci ilin ilk 11 ayı ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında sığortanın bu növü üzrə sığorta olunanlara cəmi 844 manat ödəniş edilib. Sığortanın 21 növü üzrə isə heç bir ödəniş olmayıb.

Kənd təsərrüfatı sığortadan kənarda qalıb

Ən ciddi problem isə əvvəlki illərdə olduğu kimi, kənd təsərrüfatı sektorunda sığortanın payının az olması ilə bağlı olub. Ümumi sığorta portfelində kənd təsərrüfatının payı 0,3%-dən də aşağıdır. Son illər dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici tədbirlərin görülməsinə baxmayaraq bu sahədə hələ də ciddi dəyşiklik müşahidə olunmur. Cari ilin ilk 11 ayı ərzində kənd təsərrüfatı bitkiləri məhsullarının və heyvanların sığortası üzrə cəmi 914 min manat sığorta haqqı yığılıb və 537 min manat sığorta ödənişi edilib.

Sığorta bazarının 13,2%-i “Paşa Sığorta”nın payına düşüb

Ötən ilin yanvar-noyabr aylarında olduğu kimi bu ilin ilk 11 ayı ərzində də ən çox sığorta haqqı toplayan şirkət “Paşa Sığorta” şirkəti olub. Son 11 ayda “Paşa Sığorta” tərəfindən 48,9 milyon manat sığorta haqqı yığılıb. Bu, sığorta bazarı üzrə ümumi yığımın 13,2%-nə bərabərdir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu şirkət üzrə yığımın həcmi 9,6% artıb. Bundan başqa ən çox sığorta haqqını “AzSığorta” (39 milyon manat), Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (37,8 milyon manat), “Atəşgah” (33,9 milyon manat) və “Paşa Həyat Sığorta” (32,9 milyon manat) şirkətləri toplayıb. Ən az sığorta haqqı toplayan şirkət isə “Royal Sığorta” ASC olub. “Royal Sığorta” şirkəti 11 ay ərzində cəmi 127,7 min manat sığorta haqqı toplayıb. Ən az sığorta ödənişini də elə bu şirkət (4,58 min manat) tərəfindən edilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar