Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silahli Qüvvələrin yay və qış geyim formaları nümayiş etdirilib


Gəncədə toplantı keçirilib


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib. Tədbirdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, toplantıda çıxış edənlər ölkəmizdə həyata keçirilən irimiqyaslı ordu quruculuğu işləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər. 

Bildirilib ki, son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, ordunun keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm uğurlar qazanılır.

Hərbi hissələrdə müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yükək səviyyədə təmin edilməsi üçün yeni müfaviq qaydalar, normativlər qəbul edilib.

Toplantıda Silahli Qüvvələrin yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təhcizatındakı yeniliklər nümayiş etdirilib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar