Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasətdə yaltaqlıq sindromu



Siyasi mübarizə konkret hədəflər və prinsiplər uğrunda gedəndə daha effektli olur


 Hakimiyyətdə müşahidə edilən avtoritar meyllər, təkfirçilik tendensiyası haqlı olaraq protestlər doğurur. Heç bir avtoritarizm meylləri normal düşünən insan üçün məqbul variant hesab edilə bilməz. Liderə tapınmaq, onun qarşısında səcdə etmək insan zəkasının ən eybəcər halıdır.

Əgər söhbət qarmaqarışıq bir zamanda fəaliyyət göstərən siyasətçidən gedirsə, heç şübhəsiz ki, onun yanlışlıqları da olacaq. Lider heç də həmişə haqlı ola bilməz. Özünün get-gedə azalan tərəfdarlarını onun kimi düşünməyənlərin üstünə salan siyasi liderlər isə fiaskoya məhkumdurlar. 

Azərbaycanda siyasət get-gedə daha da idbarlaşır. Artıq müxalifət liderləri də özlərinin əvəzolunmazlıqlarına inanırlar. Hakimiyyəti avtoritar meylli olmalarına görə tənqid edən iqtidar opponentləri öz düşərgələrindəki əcaiblikləri görməzdən gəlirlər. “Partiyanın əvəzolunmaz lideri” şüarını səsləndirənlər nəyi təbliğ edirlər? Faşizmi? Totalitarizmi? 
“Liderimin durduğu yer dünyanın mərkəzidir” deyən müxalifətçi ilə öz rəhbərini ilahiləşdirən, onu Günəşlə, Ayla, dağla müqayisə edən hakimiyyət təmsilçisi arasında fərq çoxmu böyükdür?
Siyasəti inhisara alanlar kənardan proseslərə müdaxilə edən hər kəsi sındırmaq istəyir. Siyasətə gəlmək istəyən sima ilk  öncə mövcud liderlərin qılıncının altından keçməlidir, əks təqdirdə hazır vəziyyətdə duran yaltaqlar ordusu onu siyasətin kandarından silə bilər.
Yaltaqlıq və işverənlik siyasi mühitin əsas elementinə çevrilməkdədir. Liderə tapınmayan, ona ibadət etməyən heç bir kəs Azərbaycan siyasətində uğur qazana bilmir. Liderlər öz ətraflarında ancaq onları sevdiklərini uca səslə bəyan edənləri görmək istəyirlər. Yaltaqlıq və bir-birlərindən liderə “danos” yazmaq əcaibliyi bitməyənə qədər Azərbaycanda müsbət dəyişikliyin də olacağını ehtimal etmək mümkün olmur.

“Əvəzolunmaz lider” deyimi absurddur. Hansısa lideri mənəvi dəyər kimi təqdim etmək isə gerizəkalılığın göstəricisidir. Prinsiplər dəyər hesab oluna bilər, insanlar isə ən yaxşı halda həmin dəyərin daşıyıcısı ola bilər. Son illərin müşahidəsi də onu göstərir ki, hətta dəyərlər də liderlərə siyasi manevrlər üçün lazım olur. 

Azərbaycan siyasətinin ən anormal xüsusiyyətlərindən biri də odur ki, əksər liderlərlə sıravi təmsilçilər arasında fantastik fərqlər mövcuddur. Əksər liderlərin özlərinin və ailələrinin yaşayışı ilə sıravilərin yaşayışı arasında fərq olduqca böyükdür. Belə təəssürat yaranır ki, sıravi partiya üzvləri lider və onun doğmalarının köləsidir. Budurmu prinsip?

Şər, qarayaxma, gözdən salma, böhtan, şantaj müxalifət düşərgəsinin də silahına çevrilirsə, milyonlarla insan neyləməlidir ki?
Hansı lider tərəfdarlarına müraciət edərək “məni tərifləməyin, ələ salmayın, Allahla, peyğəmbərlə müqayisə etməyin” demək cəsarətini özündə tapıb? Halbuki vaxtilə, Əbülfəz Elçibəy bunu eləmişdi. 
Yaltaqlıq iyrəncdir. Bunu edən də, etdirən də eyni dərəcədə nüfuzdan düşür. 

Yaltaq insan bir qayda olaraq, riyakar və satqınlığa meylli olur. Son illərin təcrübəsi də onu göstərir ki, liderinə “sabun fabriki bağışlayanlar” ilk fürsətdəcə sədrlərini satırlar. Yaltaqlığa vadar edilənlər liderdən qisas almaq həvəsi ilə yaşayır. 
Azərbaycanda çox az adam tənqidə dözümlülük nümayiş etdirir. Çox az iqtidar və yaxud müxalifət təmsilçisi ona ünvanlanan tənqidi normal qarşılayır. Sanki hamı qarşısında yaltaqları görmək istəyir. Bu isə olduqca ciddi xəstəliyin xəbərçisidir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar