Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi məhbusların azadlığı məsələsi gündəmdədir


Hakimiyyət AŞPA-nın payız sessiyasına və Avropa Yay Oyunlarına bu həbslərlə getməyi özünə təhlükə sayır; iqtidara yaxın deputatdan ümidverici məlumat


Oktyabr ayında siyasi məhbusların, əsasən də son bir neçə ayda həbs edilən vətəndaş cəmiyyəti təmsilçilərinin azadlığa buraxılacağı gözlənilir. 

Bu barədə redaksiyamıza hakimiyyətə yaxın deputatlardan biri informasiya verib. Onun sözlərinə görə, hakimiyyət Avropa Şurası Parlament Assambleyasının noyabrda keçiriləcək payız sessiyası öncəsi siyasi məhbuslarla bağlı addımlar atacaq. Payız sessiyasına qədər bu addımlar atılmasa, sessiyada Azərbaycan problemlərlə qarşılaşa bilər. Mənbənin sözlərinə görə, hakimiyyət həm bunu, həm də 2015-ci ildə Azərbaycanda birinci Avropa Yay Oyunlarının keçiriləcəyini nəzərə alaraq siyasi məhbus adlanan məhbusları, xüsusilə də səhhətində problem olanları azad edə bilər.

“Qarabağ” blokunun üzvü, ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a açıqlamasında siyasi məhbusların azad olunacağını gözlədiklərini bildirdi. Onun sözlərinə görə, səhhətində problem olan məhbusların azad olunması təkcə siyasi addım deyil: “BMT-nin məhbuslar haqqında qətnaməsi var. Həmin qətnaməyə görə ağır xəstəliyə görə həbsxana şəraitində yaşaması mümkün olmayan məhbusların həbsxanalarda saxlanması qadağandır. Bu, məhbuslarla davranış normalarına aiddir. İkincisi, prezidentin bilavasitə konstitusiya ilə vəzifəsidir ki, ölkə vətəndaşlarının hüquqlarına təminat versin. Üçüncüsü, həmin siyasi məhbusların azadlığa çıxmasının Azərbaycan cəmiyyətinə zərəri ola bilməz. Mən də düşünürəm ki, hakimiyyət Azərbaycan üçün beynəlxalq aləmdə problemlərə yol açan siyasi məhbuslar məsələsi ilə bağlı payız aylarında addımlar atmalıdır, həmin məhbuslar azad olunmalıdır. Azərbaycan 2015-ci ildə keçiriləcək Avropa Yay  Oyunlarına siyasi məhbuslarla getməməlidir. Hesab edirəm ki, hakimiyyət Azərbaycanda keçiriləcək Avropa Yay  Oyunlarının boykot təhlükəsinin olduğunu nəzərə ala və siyasi məhbus kimi qəbul edilən məhbusları azad edə bilər. Əks halda, Soçidə keçirilən Olimpiya Oyunlarını dünyanın nüfuzlu ölkələri necə boykot elədilərsə, Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa Yay  Oyunlarını da boykot edə bilərlər. Bu zaman isə həm Azərbaycanın imicinə böyük zərbə ola bilər, həm də ölkəyə nəhəng iqtisadi ziyan vurar”.

S.Cəlaloğlu vurğuladı ki, hakimiyyət sözügedən beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək istəyirsə, bunu təkcə əzəmətli idman kompleksləri, hotellər tikməklə etmək mümkün deyil: “Bunu reallaşdırmaq həm də ölkədə Avropa dəyərlərinə hörmətlə mümkündür. Yəni bir tərəfdən ölkədə dünyanın yüksək qiymətləndirəcəyi tədbir keçirmək istəyiriksə, həmin tədbirdə iştirak edən Avropanın dəyərlərinə ölkədə riayət olunduğunu ortaya qoymalıyıq. Vətəndaş cəmiyyəti institutlarına, demokratik qüvvələrə qarşı sərgilənən davranış təəssüf ki, Avropa dəyərlərinə ziddir. Azərbaycan hakimiyyəti ölkənin zərər görməməsi naminə bu ziddiyyətin aradan qalxması üçün addımlar atmalı, ilk növbədə siyasi məhbuslar azad edilməlidir. Azərbaycan iqtidarı Avropa Yay Oyunlarının boykot edilməsini istəmirsə, o insanlar mütləq azadlığa buraxılmalıdır”.

S.Cəlaloğlu dedi ki, siyasi məhbus kimi tanınan 110 nəfərin azadlığa buraxılması nə Azərbaycan hakimiyyətinə təhlükə yarada bilər, nə ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilər: “Belə olduğu halda həmin adamların həbsdə qalması iqtidarın özünün maraqlarına ziyan vuracaq. Biz prezidentə də bu inamla müraciət eləmişik ki, bu adamlar azadlığa buraxılmalıdır. Normal məntiqlə yanaşdıqda mən inanıram ki, həmin məhbuslar azadlığa buraxılacaq”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar