Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi məhbusların son durumu...


Hazırda Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, “vicdan məhbusu” Tofiq Yaqublu ilə bağlı son məlumatları onun vəkili Nemət Kərimlidən aldıq


Vəkil müvəkkilinin səhhətinin, əhval-ruhiyyəsinin, saxlanma şəraitinin normal olduğunu dedi. O, əsas problemin abunə olmasına baxmayaraq, Tofiq Yaqubluya “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin verilməməsi ilə bağlı olduğunu qeyd etdi.

Bununla bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu ona qəzetlərin verilməsini diqqətə saxladıqlarını dedi.
 
Xatırladaq ki, Tofiq Yaqublu İsmayıllı əhalisini iğtişaşlara təhrik etməkdə ittiham olunaraq, 5 il müddətinə azadlıqdan məhrum edilib.

REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli də qurumun sədri İlqar Məmmədova bu yaxınlarda sovqat apardıqlarını bildirib: “Bu yaxınlarda İlqar bəyə sovqat apardıq, özü ilə də məktublaşdıq. Əhval-ruhiyyəsi yaxşıdır. Təkcə informasiya qıtlığından şikayət edir. Təcridxanada şəxsi radiodan istifadəyə icazə vermir. Televizor isə bir mərkəzdən idarə olunduğuna görə xəbərləri normal izləyə bilmir. Jurnal və qəzetlərin onlara verilməsində isə problemlər olur. Çünki biz ancaq onun yanına gedəndən-gedənə İlqar bəyə qəzet apara bilirik”.

İlqar Məmmədov da İsmayıllı hadisələrinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Müsavat Partiyası başqanının müaşviri, “vicdan məhbusu” Yadigar Sadıqlı ilə bağlı son məlumatları Yadigar Sadıqlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttahdan aldıq: “Aprelin 29-da saat 11:30-da Şirvan Apelyasiya Məhkəməsində Yadigar Sadıqlının apelyasiya məhkəməsi olacaq. Məhkəmədə birinci instansiya məhkəməsi dövründə aparılan istintaqın bir hissəsinə yenidən baxılacaq. Məhkəməyə zərərçəkmişlər çağırılacaq, yenidən dindiriləcək. O cümlədən də Yadigar bəyin istintaq dövründə həm vəkilin, həm də özünün qaldırdığı vəsatətlər yenidən araşdırılacaq. Hazırda özü Bakı Şəhər İstintaq Təcridxanasındadır. Bu dəfə apelyasiya məhkəməsində özü də iştirak edəcək”.

Y.Sadıqlı 27 iyun 2013-cü ildə həbs olunub. Y.Sadıqov Lənkəran rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı həyat yoldaşı ilə bağlı hələlik yeni məlumatın olmadığını dedi: “Nemətlə bağlı yeni məlumat yoxdur. Qobustan həbsxanasındadır. 3 ayda bir dəfə görüş verirlər. Başqa heç bir məlumat yoxdur”.

N.Pənahlı 17 iyun 2011-ci ildə Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin qardaşı Şamo Həşimov isə qardaşına MTN-də hələ də təzyiqlər olduğunu deyir: “Pərvizə MTN-də hələ də təzyiqlər olur. Son zamanlar başına torba keçirərək, saxlayırlar. Deyirlər ki, MTN-in adını dilinə gətirmə, adımızı az çək. Məhkəməsində də iştirak edə bilmirəm. Üzə duranları görmək istəmirəm”.

Şamo Həşimov Pərvizin səhhətində də ciddi problemlərin olduğunu, lakin onu müalicə etmədiklərini dedi: “Pərvizin ürəyindəki ağrılar hələ də davam edir. Dişlərini müalicə etmirlər. Deyirlər ki, biz yalnız diş çəkirik, müalicə etmirik. Bundan başqa,  nə normal görüşə, nə də normal sovqat apara bilirik. Axrıncı dəfə onunla həyat yoldaşı və qızı bayramda görüşmüşdülər, bayram sovqatı da aparmışdılar. Ancaq sovqatı qəbul etmədilər. Həftədə bir dəfə sovqat apara bilərik, o da 5 kiloqramdan  artıq olmaz. Yemək də ancaq sümüksüz, yağsız olmalıdır. Görüş bir saat olur. Görüş ancaq bayramdan bayrama olur. Ayda bir dəfə isə, ayın ilk həftəsində paltar, diş pastası, ayaqqabı və s. apara bilərik. Yəni vəziyyət çox çətindir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar