Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi mübarizə dedikləri...


Xalid KAZIMLI yazır


Siyasi mübarizə öz yerində, insanları ailələrinin dolanışığıyla, güzəranı ilə imtahana çəkmək demokratiya və insan haqları ilə bir araya sığmır. Burası yüzdəyüzdür: dünyanın heç bir yerində iqtidar düşərgəsi öz müxaliflərini, addım və qərarlarını tənqid edənləri sevmir, imkanları çatdıqca onlara hücuma da keçirlər, qara PR kampaniyası da aparırlar. 

Məsələn, qardaş Türkiyədə iqtidar-müxalifət çəkişməsi bunun bariz nümunəsidir. Günləri söz atışmasıyla, didişmələrlə keçir. Müxalifətçilər hakim partiyanın liderlərinə, hakimiyyətdə təmsil olunan üzvlərinə qarşı hər sözü deyirlər. Prezident Ərdoğanın da öz müxaliflərinə qarşı nə qədər sərt olması, onları ən xırda şeyə görə necə hayqıra-hayqıra qınaması hər kəsə bəlli faktdır.

Ancaq bu dövlətdə siyasi mübarizənin bəlli bir çərçivəsi, əndazəsi var. Türkiyədə müxalifətçilərin də biznesləri, iş-gücləri var və onlar dolanışıq dərdi çəkmirlər. Partiyalara dövlət tərəfindən də maddi yardım olunur, özəl sektordan da kifayət qədər ianələr daxil olur və onlar öz siyasi fəaliyyətlərini sürdürə bilirlər. Heç kəs müxalifətçilərə maddi yardım göstərən şirkətləri təqib etmir, qapılarını möhürləyib iflas həddinə çatdırmır, ofislərini buldozerin qabağına verib uçurtmur, haqq-nahaq divara qısnamır.

Başqa demokratik və mədəni ölkələrdə də belədir. O ölkələrdə bir siyasi partiyanın iqtidarda və ya müxalifətdə olmasının arasında dağlar qədər fərq yoxdur. Bu gün iqtidarda olan sabah müxalifətdə olacaq, yaxud da əksinə. Hər bir köhnə partiya nə vaxtsa iqtidar partiyası olub və bir müddətdən sonra yenə olacaq. Avropada iqtidar və müxalifət partiyaları öz yerlərini tez-tez dəyişirlər və fəaliyyətlərini qanunlar əsasında qurur, əllərinə fürsət düşəndə rəqiblərini təqib etmir, müxtəlif təzyiqlərə məruz qoymurlar. 

Azərbaycan və onun kimi ölkələrdə isə, təəssüf ki, elə deyil. Burada müxalifətçi olan şəxslər avtomatik olaraq maddi sıxıntıyla üzləşmək təhlükəsi qarşısında qalırlar. Onları çalışdıqları iş yerlərdən sadəcə olaraq qova, ixtisara sala, kiçik bizneslərinə maneə yarada bilərlər. Müxalifətçi kimdir, böyük bizneslə məşğul olmaq nədir, ömür-billah olası iş deyil. 
Müxalifətə açıq şəkildə ianə göndərməkdən söhbət belə gedə bilməz, bunu gizli edənləri isə dövlətin bütün resurslarından istifadə edərək axtarır, araşdırır, nəhayətdə ifşa olunur. Bundan sonra onun biznesi çökdürülür, özü müflis edilir, həbs edilmək, yaxud da ölkədən getmək seçimi qarşısında qoyulur.

Bütün bunlar ona görə edilir ki, müxalifət güclü olmasın, hakim partiyaya alternativ ola bilməsin, hakimiyyətə iddia etsə də, bu iddia real məzmun kəsb etməsin. 

Bir çoxları bunu siyasi mübarizə sayır və söhbət düşəndə deyirlər: “Bəs iqtidar necə eləsin, oturub gözləsin ki, müxalifət onu nə vaxt devirəcək?”

Oturub gözləməsin, mübarizə aparsın və həmin mübarizəni qanunlar çərçivəsində aparmağa çalışsın, siyasi mübarizəni mövcudluq uğrunda mübarizəyə çevirməsin, bir də iqtidardan getməyi faciə kimi qəbul etməsin.

 Budur, sabiq deputat Gültəkin Hacıbəylinin müsahibəsində belə bir abzas oxuyuruq:
“Bu hakimiyyət iki ali təhsilim, elmi dərəcəm olmasına, beş dil bilməyimə, 21 yaşımdan Universitet auditoriyasında dərs deməyimə baxmayaraq Ziyalılar Forumuna qoşulduqdan sonra mənə Qafqaz Universitetində adicə dərs deməyi çox gördü, ailəmin yeganə biznesini zorakılıqla, qanunlara tüpürməklə əlindən aldı”.

Bir o, deyil. G.Hacıbəylidən başqa da yüzlərlə tanınmış müxalifətçi var ki, siyasi fəaliyyət və güzəran seçimi qarşısında qaldıqda məcburiyyət üzündən ikincini seçməli olurlar.
Belə bir mühitin olduğu ölkədə normal iqtidar-müxalifət münasibətlərinin mövcudluğu mümkün deyil. Nə qədər ki, hakimiyyət “hamısı mənimdir” deyə hər şeyə sahiblənmək xətti yeridir, hakimiyyətə canatma səyləri də o qədər şiddətli, aqressiv olacaq. 
Yaxşı yaşamağın, ümumiyyətlə yaşamağın, biznes qurmağın, iş-güc adamı olmağın yeganə yolu hakimiyyətdən keçməməlidir. 

Bu üzdəndir ki, Türkiyədə hakim partiyanın koalisyon hökumət qurma təklifi müxalif partiyalar tərəfindən avtomatik ləbbeyklə qarşılanmır. Hakimiyyət onlar üçün ilk və son məqsəd deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar