Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi şərhçidən Elmar Məmmədyarova sərt tənqid



XİN-dən reaksiya gəldi: “Ölkəmizdə fikir plüralizmi mövcuddur”; Elxan Mehdiyev: “”Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq” demək şikayətləndiyi beynəlxalq birliyin biganə yanaşmasından nə ilə fərqlənir?”


“Açığını deyim ki, xarici siyasət idarəsi başçısının çıxışları məndə  ikrah doğurur. Verdiyi bəyanatlar, apardığı dəyərləndirmələr səthidir və bir çox hallarda sanki başqa ölkənin problemi kimi təəssürat yaradır. İfadə etdiyi dil və erməni təcavüzünün dünyaya çatdırılması daha çox biganəlik ifadə edir. Mətbuat xidməti isə poeziyadan uzaqlaşmaq istəmir”.

Siyasi şərhçi Elxan Mehdiyev bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, xarici işlər naziri dövləti təmsil edir və onun dilindən çıxan söz də tarixə düşür, ölkənin siyasətini göstərir, müəyyənləşdirir: “Birincisi, bilmək lazımdır ki, onun ”Dağlıq Qarabağ münaqişəsi" adlandırdığı  məsələ “Dağlıq Qarabağ münaqişəsi” çərçivəsindən 1993-cü ildən çıxıb və ermənilər Dağlıq Qarabağdan iki dəfə böyük ərazini də işğal edib. Üstəlik, nazirin səsləndirdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələri də bu işğalı təsbit edib. Bu baxımdan Azərbaycanın yeganə sözü və tələbi “işğal” və  “işğal bitməlidir” olmalıdır. “Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq” demək şikayətləndiyi beynəlxalq birliyin biganə yanaşmasından nə ilə fərqlənir? İşğal nizamlanmır. İşğala tətbiq edilən belə termin yoxdur. İşğalçıya ya təslim olurlar, tələblərini yerinə yetirilər, ya da onu məhv edirlər. Məmmədyarova görə, ortada  kiçik bir münaqişə var və Ermənistan “konstruktiv” mövqe tutarsa, həll olunar, lakin onlar da hələ konstruktiv deyil". 

Siyasi şərhçi dedi ki, son günlər nazir daha da uzağa gedərək ermənilərə ağsaqqallıq edir və deyir ki, “Ermənistan rəhbərliyində sağlam düşüncəli insanlar olacaq və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır”. E.Mehdiyev buna qəti etiraz etdi: “Məsələyə bəsit yanaşma ortadadır. Bu məsələ ermənilərin Osmanlı imperatorluğundan başlamış 150 illik tarixi, zorakı millətçilik üzərində qurulmuş milli davasıdır və bu torpaq davasıdır və erməniyə o təklif edilən ”Cənubi Qafqazda həyata keçirilən bütün ciddi layihələr" lazım deyil, ona torpaq lazımdır və onların bütün siyasəti də bu məqsədə xidmət edir. Bu cür çıxışları edincə, o, Avropa Birliyi tribunasından ermənilərin işğalçı olduğunu, etnik təmizləmə apardıqlarını desə, AB-dən  dəstək alardı. Onun  çıxışları və bəyanatları isə ancaq və ancaq işğalın uzanmasına xidmət edir.  O biri tərəfdən anlayıram ki, işğal ərazilərindən olmayan şəxslər üçün Vətən işğalının nə olduğunu anlamaq çətindir".

Azərbaycanın AB-yə göndərəcəyi xüsusi rəyə gəldikdə isə E.Mehdiyevin fikrincə, bu, sadəcə, Azərbaycanın rəyi kimi sənəddə qalacaq və həmin rəyi erməni tərəfi öz rəyini göndərəcək: “Bu rəyin də əhəmiyyəti yoxdur. Digər tərəfdən, Elmar Məmmədyarovın 10 il ərzində apardığı danışıqlar nəticəsində ortada Madrid prinsipləri deyilən ”sülh planı" var. Elə isə o plan harada qaldı?  Beş rayon, sonra iki rayon söhbətini də yəqin ki, biz yox, bu danışıqları aparanlar edirdi. Təhlükəsizlik Şurasına gəldikdə isə əvvəlki amerikan həmsədri Kerri Kavanonun sözləri həmsədrlərin ümumi baxışını ifadə edirdi. Ona BMT TŞ qətnamələrini xatırladanda  “onda gedin BMT məsələnizi həll etsin ” deyərək səsini ucaldırdı.   İndikilərin də fikri eynidir". 

Siyasi şərhçi Azərbaycan XİN-in diqqətinə işğalçı ölkənin mütəmadi şəkildə yararlandığı xəritəni də xatırladıb: “Hər gün  Ermənistanın hava haqqında məlumatı bu xəritə ilə verilir və yeni nəsil üçün də bu ərazilərin hamısı Ermənistandır. Bəlkə nazir onun apardığı ”sülh prosesi"nə bu cür siyasətin necə təsir etdiyini həmsədrlərə anlatsın". 

E.Mehdiyevin irad və tənqidlərinə XİN-in mətbuat xidmətindən mövqe öyrəndik. Xidmət rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, bu, fərdi yanaşmalardır: “Biz deyilənləri şərh etmirik. Ölkəmizdə fikir plüralizmi mövcuddur və mətbuat azaddır. Yalnız onu əlavə etmək istərdim ki, Azərbaycanın milli maraqları əsasında ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır”.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar