Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzovdan alman şirkəti barədə sensasion açıqlama


“Almaniya nümayəndələri dedi ki, “Simens” firmasına şərait yaradın, biz də sizə səs verək”


“Təsəvvür edin ki, Almaniya Bundestaqında Azərbaycanın məsələsi qoyulur. Axı sən BMT deyilsən. Hətta BMT-nin özünün qətnamələri yerinə yetirilmir. Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edilib, icra olunmur. Yaxud heç BMT-nin qətnaməsi olmadan ölkələrə girib darmadağın edirlər, NATO qüvvələri gəlib orda oturur və s.” 

YAP-ın icra katibi Siyavuş Novruzov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. Azərbaycanla Avropa strukturlarının bəzisi, o cümlədən Bakı ilə Berlin arasındakı vaxtaşırı müşahidə olunan soyuq münasibətlər barədə danışan hakim partiya təmsilçisi deyib ki, Azərbaycan müstəqil siyasət kursuna sadiqdir. O əlavə edib ki, Almaniya Bundestaqı Almaniyanın daxili ilə bağlı hansısa qərar verə bilər: “Hesab edin ki, bu gün Azərbaycan parlamenti burda oturub Moldova, ya Belarusla bağlı qərar qəbul edir, bunun o ölkələrdə hansı hüquqi nəticəsi ola bilər? Həmin Avropa ölkələri ilə bizim əməkdaşlığımız davam edir, onların Azərbaycanda müəyyən təşkilatları, şirkətləri fəaliyyət göstərir”. 

S.Novruzov bu barədə danışarkən maraqlı bir faktı da xatırladıb: “Mən şahidəm ki, Bolqarıstanda - Sofiyada iki dəfə bizim NATO Parlament Assambleyasının assosiativ üzvü olmağımıza səs vermədilər. Bir neçə ölkə buna qarşı çıxırdı, biri də Almaniya. Sual olundu ki, niyə bizə səs vermirsiniz? Cavab verdilər ki, bizim ”Simens" firmasına imkan vermirsiniz ki, gəlib Azərbaycanda işləsin. Ona şərait yaradın, biz də sizə səs verək. Yəni belə hallar da var. O zaman bir il imkan vermədilər ki, biz assosiativ üzv kimi quruma daxil olaq". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar