Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzovun aşağıladığı bəstəkarlar


Musiqiçilərin də çoxu zamanında döyüşüb; onların arasında yaralananlar da var...


Ötən həftə parlamentdə yenə maraqlı məqamlar yaşandı, fikirlər səsləndi. Bəzən müzakirə olunan məsələ deputatların deyimlərinin kölgəsində qalır. Bu dəfə də istisna olmadı. Götürək, Siyavuş Novruzovun “İŞİD gələrsə, qarşısına bəstəkarlarla çıxaq?” sualını. 

Sualın mənası əslində dəqiq anlaşılmır. Bəlkə deputat düşünür ki, bəstəkarlar əlinə silah alıb döyüşə gedə bilməz? Yəni onlar ya ürəyi yuxadılar, ya da qəlblərində vətənə sevgi hissi yoxdur. Əgər sualın məğzi budursa bildirmək istərdik ki, S.Novruzovun müharibədə döyüşərək qəhrəmanlıq göstərən bəstəkarlarımız haqda məlumatı yoxdur.

Biri dünya şöhrətli bəstəkar, Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Qara Qarayev. Bəstəkar ikinci dünya müharibəsinin iştirakçısı olub. Özü də həmkarı Cövdət Hacıyevlə birgə. Bu döyüşlərdə C.Hacıyev ağır yaralanıb. Daha sonra müharibənin təsiri ilə hər iki bəstəkar birlikdə Vətən operasını yazırlar. İndi ortaya belə bir sual çıxır: cənab Novruzov, məgər sizin Qara Qarayev haqda məlumatınız yoxdur?

İlk dəfə muğamımızı simfonikləşdirərək dünyaya səs salan, əsərləri nəinki vətənimizdə eləcə də dünya səhnələrindən düşməyən, mahnıları dillər əzbəri olan Fikrət Əmirov da müharibə başlanar-başlanmaz cəbhəyə yollanıb. Faşistlərlə üz-üzə ağır səngərlərdə döyüşən bəstəkar düşmən gülləsindən yan keçə bilməmişdi.

Və yaxud mahnıları ilə ürəkləri riqqətə gətirən gözəl bəstəkar Tofiq Quliyev. Onun yaradıcılığı Azərbaycan mədəniyyəti üçün bir töhfə, mahnıları isə əbədidir. Müharibə zamanı isə o, 402-ci Zaqafqaziya Atıcı Diviziyasının orkestrini yaradaraq öz xanımı ilə birgə çıxışlar edib və hərbiçilərdə ruh yüksəkliyi yaradıb.

İnanıram ki, 23 yaşında İkinci Dünya müharibəsinin qurbanı olmuş, Azərbaycan xalqının böyük dramaturq və yazıçısı Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun fitri istedadlı sevimli tələbəsi, gözəl şair, rəssam, folklorçu, musiqi tədqiqatçısı, unudulmaz bəstəkar Ərtoğrul Cavid haqda deputatın ümumiyyətlə məlumatı yoxdur.
Dahi Üzeyir Hacıbəyovdan söz düşmüşkən, Üzeyir bəyin mədəniyyət, musiqi, ədəbi, publisistika sahədə gördüyü əvəzedilməz işləri böyükdən-kiçiyə hər birimizə məlumdur. Ancaq onun 20-ci əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yarandığı ilk gündən göstərdiyi şücaət, bütün varlığı ilə apardığı mübarizə, siyasi xidmətləri bu gün də öyrənilir. Onun ADR-in Milli İstiqlaliyyət  gününün birinci ildönümü münasibətilə yazdığı məqaləsindəki sözləri isə dahiyanədir: “Ölmək var, dönmək yoxdur”.

Sadalanan faktlar sübut edir ki, bəstəkarlar, musiqiçilər (təbii ki, söhbət əsl musiqiçilərdən gedir, not anlayışı olmayanlardan yox) lazım gəldikdə düşmənlə mübarizə aparmaq, dövlətçilik, xalq uğrunda şücaətlik göstərmək iqtidarındadırlar. 

Uşaq vaxtı musiqi ədəbiyyatından belə bir faktı tez-tez oxuyurduq: 1942-ci ildə müharibənin ortalarında dahi rus bəstəkarı D.Şostakoviç 7-ci “Leninqrad” simfoniyasını yazır. Əsər müharibənin mərkəzində, bombaların altında səhnədə ifa edilir. Simfoniyanı dinləyən əsgərlər musiqinin təsiri altında salondan birbaş düşmənlə üz-üzə döyüşə girirdilər. Bəli, bu bəstəkarın, yaratdığı əsərinin təsiri nəticəsi idi.

Ekspertlər də sübut edirlər ki, ümumiyyətlə, mədəniyyət sahəsində olan insanlar daha həssas, güclü mənəviyyata, geniş vətənpərvərlik ruhuna, daha humanist anlayışa malik olurlar. Vicdan deyilən məfhum bu insanlarda nadir hallarda ölür. Gəlin görək nə qədər vicdanı susan məmurlarımız, “kreslo” hərislərimiz var. Niyə sual edilmir ki, nə üçün indiyədək bircə məmurun oğlu da ön cəbhədə xidmət etməyib? Və yaxud şəhid olan məmur balası varmı? Parlamentdə oturub ağızdolusu status deməyə nə var ki.

Yazını müğənni-bəstəkar Cabbar Musayevin “Yeni Müsavata” dediyi fikirlərlə bitirmək istərdik: “Döyüşmək anı gələndə o bəstəkara, musiqiçiyə və yaxud başqa sənətə malik olmasına baxmır. Vətən hamımızındır. Təki o gün gəlsin və biz də öz borcumuzu yerinə yetirək...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar