Siyəzən şəhərində "Shacman" və "Kamaz" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəza-hadisəsi baş verib
Nəticədə "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə edərək çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Hadisə saat 12:40-da başa çatdırılıb.(qafqazinfo)