Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sökülən villaların sahibləri məlum olub - Video

Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların prezidentin göstərişindən sonra söküntüsü artıq dayanıb


"Dostluq" parkı adlanan ərazidə gördüyünüz kimi hasarlar sökülüb, onlarla villa yerlə-yeksan edilib. 

Lakin bəzi villlara qalır, ərazidə yarımçıq tikililər də ki, onların tiknitisi də dayandırılıb.

Səbayil rayonunda “Dostluq” parkının ərazisində qanunsuz tikilən 42 villa sökülür. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlayıb ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz, bunlar 5-10 milyonluq böyük tikililərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən cəzalandırılacaq. 

Bəs bu villaların sahibləri kimlərdir? Öyrəndik ki, sökülən villalardan 4-5-i Cəmilə adında xanıma məxsus olub.

Söküntü zamanı o ərazidə olub, deyilənə görə xanım ev al-satqısı, maklerliklə məşğuldu. Dəbdəbəli evlərdən biri polis generalına məxsusdur. Amma onun evinə toxunulmayıb, villanın ətrafında hasar sökülüb.

Generalın kimliyini müəyyən edə bilməsək də, onun dövlət nişanlı avtomobili villasının qarşısında idi. 

Bir neçə mərtəbəli digər tikili isə şifer və digər dam örtükləri istehsalı ilə məşğul olan zavod sahibinə məxsusdur. Lakin bu faktların sənədlərdə də öz təsdiqinin tapıb-tapmadığını müəyyən etmək çətindi.

“Dostluq” parkında hazırda söküntü dayandırılıb.

Ərazidə müşahidələrimiz zamanı o da məlum oldu ki, ərazi yaşılılıq zonası imiş. Məlum olur ki, villalar tikilən zaman yaşıllıqlar məhv edilib.

Dəbdəbəli villaların, hasarlanan hektarlarla ərazinin qanuni və ya qanunsuz olması araşdırılır. Səbayil rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov söylədi ki, ərazidə yalnız qanunsuz tikililər sökülür, bu villalar köhnə tarixlə, 10-15 il əvvəl inşa edilib.

Yer gəlmişkən, Milli Məclisin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında torpaqların qanunsuz istifadəsi və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər müzakirə edilib. Bu hallara görə cəzaların sərtləşdirilməsi təklif edilib.

Aqrar siyasət komitəsi sədri Eldar İbrahimov təklif edib ki, indiyədək qanunsuz torpaq zəbt olunmasına görə 3 ilədək həbs nəzərdə tutulurdusa, bundan sonra cəza 5 ildən 8 ilədək artırıla bilər.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar