Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söküntü əməliyyatı Lənkərana da çatdı


Bakıda baş verən məlum yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb


Ans press-in verdiyi məlumata görə, 3 il əvvəl çoxmərtəbəli binaların fasadına vurulmuş penopoliuretan üzlüklər Lənkəran Rayon İcra Hakimiyyətində yaradılan komissiyanın verdiyi qərara uyğun və birbaşa nəzarəti altında sökülür. Söküntü işlərinin aparılmasına bina sakinlərinin reaksiyası isə birmənalıdır. Sakinlər binaların yanğın təhlükəsizliyinin vacib olduğunu düşünürlər.

“Biz Bakı faciəsini gördük, qorxu çəkirdik. Burda da başımıza gələ bilər. Yaxşı ki, burda da sökürlər. Gözəllik yox, təhlükəsizlik əsasdır”, - deyə Fatma Rzayev adlı sakin bildirib.

Lənkəran şəhər icra başçısının müavini Möhübbət Babayev bildirib ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli, 1 ikimərtəbəli binanın üzlüyünün söküntüsü aparılır. İcra rəsmisi sökülən üzlüklərin yanmaya davamlı olduğunu əyani olaraq göstərib: “Bu material Türkiyə istehsalıdır. Ordan gətirilmədir. Odda yanmır, ərimə gedir. Lakin icra başçısının sərəncamı ilə yaradılan komissiya bu qərara gəlib ki, vətəndaşların narahatlığını nəzərə alaraq bunlar sökülsün. Söküləndən sonra yenə Lənkəran dizaynına uyğun yüksək səviyyədə alternativ materialla təmir olunacaq”.

Binaların fasadlarındakı üzlüklərin söküntü işlərinin günün sonuna qədər yekunlaşacağı deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar