Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Solçuların davası başladı


“Araz bəy bəzən şou-biznes nümayəndələri kimi hərdən reklam xarakterli çıxışlar ortaya atır. O, 1 mayın Sovet hakimiyyəti illərində necə qeyd olunduğunun şahididir. Özü komsomol olub, axı necə deyə bilər ki, 1 mayın kommunistlərlə əlaqəsi yoxdur?”


Bu barədə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Publika.Az-a açıqlamasında ASDP sədri A. Əlizadənin “1 may” bayramı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

AKP sədri bildirib ki, özlərini solçu adlandıran sosial demokratlar burjuadan heç nə ilə fərqlənmirlər.

“Araz Əlizadə respublikada yeganə sol özünü hesab edir. Yaşca böyüklüyünü nəzərə alıb heç bir fikir bildirmirəm. İstəmirəm ki, solçular arasında belə ziddiyyətli fikirlər yaransın. Bilmirəm nə məqsədlə belə fikirlər səsləndirir? Sosial Demokratlar Avropada səhv etmirəmsə 10-dan artıq dövlətdə hakimiyyətdədir. Heç də həmin dövlətlərdə “1 may” zəhmətkeşlərin həmrəylik günü kimi qeyd olunmur. Sosial Demokratların adından başqa heç yanda solçuluq yoxdur. Onlar burjua hakimiyyətindən fərqlənmir. Sadəcə olaraq manipulyasiya edirlər. Sosial-Demokratların hakimiyyətdə olduğu dövlətlərin hansında sosializm cəmiyyəti var?”-deyə o bildirib.

R. Qurbanov deyib ki, onlar Mərkəzi Komitənin təsdiq olunmuş planına əsasən 1 mayı gəzinti şəklində keçirəcəklər: “Bu, nə mitinqdir, nə yürüşdür. Sadəcə olaraq respublikanın bütün rayon və şəhərlərdəki şöbələrimizdə kommunistlər gəzinti təşkil edəcək”.

Onun sözlərinə görə, əvvəllər mayın 1-də parad təşkil olunardı, ayın 2-də isə insanlar paraddan sonra təbiətin qoynunda dincələrdi: “Biz də AKP olaraq adət-ənənəmizə sədaqət nümayiş etdirmək üçün 1 mayı gəzinti formasında təşkil edəcəyik. İndi əksər rayonlarda xiyabanlar, parklar var. Əvvəllər biz bayramı dənizkənarı bulvarda keçirərdik. Müzakirələrdən sonra qərara aldıq ki, istər Bakının rayonlarında, istərsə də bölgələrdə beynəlxalq həmrəylik gününü parklarında keçirsin. Xətai, Nizami, Yasamal rayonlarında park var, hər rayon komitəsinin rəhbəri kommunistləri toplayıb parklarda gəzinti təşkil edəcək”.

Özlərini keçmiş Kommunist partiyasının varisi hesab etdiklərini deyən  AKP sədri bildirib ki, hansısa fəhlə heykəlinin yanına toplaşmayacaqlar: “Üzdəniraq, partiyadan xaric olunmuş bir qrup adam “Fəhlə heykəli”nin ətrafına toplaşır. AKP isə hansısa abidənin ətrafına toplanmağa ehtiyac görmür. Xalqla birgə olub bu bayramı insanlarla bölüşmək lazımdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar