Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son həbslər nədən xəbər verir?



Son günlər aparılan həbslərin pərdəarxasında nə durur?


Bu suala cavab tapmaq üçün MDB məkanında, xüsusən də Gürcüstan, Ermənistan, Ukraynada baş verən prosesləri təhlil etmək lazım gəlir. Gürcüstanda  B.İvanişvilinin qələbəsini təmin edən amillər Ermənistanda Q.Tsarukyanın şanslarını artırdı. Ukraynada milyarder Poroşenkonun qələbəsi iş adamlarının siyasətdə uğur qazanmasına şərait yaratdı.

Bir sözlə, MDB məkanı üçün yeni variant - “oliqarxlar modeli” aktuallaşmaqdadır. Azərbaycanda son prezident seçkiləri zamanı yaradılan “Milyarderlər ittifaqı” da bu modelin üzərində düşünüldüyünü deməyə əsas verirdi. Model sadədir. Ziyalılarla oliqarxların bir araya gətirilməsini ehtiva edir. Lakin oliqarxiyanın siyasi hakimiyyətə gəlişi cəmiyyətə yaxşı perspektiv vəd etmir. 

Oliqarxların əsas ideyası pul qazanmaqdır. 
Əgər oliqarx siyasi hakimiyyətə can atırsa, demək, hakimiyyət rıçaqlarından faydalanmaqla daha çox maliyyə əldə etmək, yeni bazarlar qazanmaq və biznes imperiyalarının sərhədlərini genişləndirmək haqqında düşünür. Bu, praktikada dəfələrlə təsdiq olunmuş məsələdir. 
2006-ci ildən başlayaraq oliqarxiyanın Azərbaycanın siyasi sisteminə sürətli inteqrasiyası da bunu bir daha sübut edir. 2006-cı ildə bir neçə oliqarx nazir postuna təyin edildi və bununla da nazir-oliqarxların əhatə dairəsi genişləndirildi. 

Nəticədə korrupsiya və rüşvətin həcmi, miqyası müqayisə olunmaz dərəcədə artdı, qiymətlər dəfələrlə bahalaşdı, bürokratik aparat daha da möhkəmləndi. Oliqarxlar siyasi hakimiyyətə və dövlət idarəçiliyinə istisnasız olaraq biznes kimi yanaşırlar. Odur ki, inkişaf etmiş ölkələrdə oliqarxiyanı imkan daxilində siyasi hakimiyyətdən uzaq saxlamağa çalışırlar. Normal ölkələrdə oliqarxiyanın siyasi qərarlara birbaşa təsir etməsinə imkan vermirlər.

Onlar hakimiyyətə xeyriyyəçilik etmək üçün yox, pul qazanmaq üçün gəlir - ilkin mərhələdə seçkiyə xərclədiyini çıxaracaq, sonra biznesini böyütməyə başlayırlar, bu isə yeni əmlak bölgüsü anlamına gəlir.

Düzdür, Azərbaycanda biznes və bu biznesin sahibləri ya nəzarət altındadırlar, ya da ki, elə iqtidarın tərkib hissəsidirlər. 

Azərbaycanda müstəqil biznesmen yoxdur, oliqarxlar var ki, onlar da elə bugünkü iqtidarın parçası sayılırlar. Lakin artıq onlar da sərvətlərini hökumət böhranına qurban vermək istəmirlər və odur ki, iqtidar üçün təhlükə mənbəyinə çevrilirlər.

Kənar təsirlər, o cümlədən Moskvanın xeyir-duası Azərbaycan üçün də aktuallaşıb. ABŞ prezidenti Barak Obama Cənubi Qafqaza az maraq göstərdiyindən Kreml Azərbaycanı da öz siyahısına salmaq istəyir. Azərbaycana yönəlik bugünkü təzyiqlər məhz bununla bağlıdır. 
Rəsmi Bakı hələ ki, dirənir. Ancaq Azərbaycan hakimiyyəti içində Rusiyaya meylli gücün də imkanlarını arxa plana atmaq olmaz. Kreml hər an bu kartı işə sala bilər. Başqa sözlə, Kreml Ermənistan, hətta Gürcüstanda etdiklərini Azərbaycanda da təkrarlamaq həvəsindədir. 
Odur ki, həm Azərbaycan, həm də Ermənistanda gələcək prezident seçkisində istənilən sürprizi gözləmək mümkündür. 

Gözləmədiyimiz elə bir fiqur ortaya atıla bilər ki, onun şansı bir anda üstün görünə bilər. 
Bir il öncə, Poroşenkonun prezident olacağını kimsə proqnozlaşdıra bilməzdi. Odur ki, oliqarxlar həmişə təhlükə mənbəyi olaraq qalır. Son həbslərin mərkəzində elə bu təhlükə dayana bilər... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar