Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son iki ildə dini radikalistlərə qoşulanlar azalıb - Fotolar


Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin “Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasinda mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili” adlı layihəsi başa çatıb


"QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə altı aydır davam edən layihənin yekunları ilə bağlı jurnalistlərə məlumat verilib. Birlik sədri Firuzə Əsədullayevanın  verdiyi məlumata görə, ötən müddət ərzində Bakı, MasallıBalakəndə dəyirmi masalar keçirilib. Eləcə də, layihə çərçivəsində QafqazXəzər universitetlərində, Məşədi Dadaş, Cümə, Nardaran, Əbubəkr məscidlərində  din xadimləri ilə maraqlı söhbətlər aparılıb. Ilk dəfə məscid daxilində Sumqayit  internet tv-sinin dəstəyi ilə verilişlər hazırlanıb. Din xadimləri ilə aparılan söhbətlərdən məlum olub ki, ölkədə din haqqında səhv təsəvvürlər çoxluq təşkil edir. Bu da dini maarifləndirmənin az olmasından irəli gəlir.”

Layihə koordinatoru  Tofiq Türkel isə qeyd edib ki,  dini cərəyanların xüsusən gənclərə təsiri böyük olduğundan baş verən neqativ hallar da göz qabağındadır. “Valideynlər övladlarını məscidə göndərəndə rahatlıq tapırlar, amma çox halda övladları yalnış insanların təsiri altına düşürlər.  Bu səbəbdən din xadimləri doğru dini ədəbiyyatların yayılması və təhsil müəsisələrində dinin də tədrisinin lazımlı olduğunu təklif edirlər. Söhbətlərdən çıxan yekun rəyə görə, 2011-2013-cü illə müqayisədə son iki ildə dini radikal cərəyanlara qoşulanlarımızın sayı azalıb. Az da olsa maarifləndirmə bəhrəsini verir. Bizim layihənin nəticələri ilə bağlı QHT-lərə Dövlət dəstəyi Şurasına hesabat təqdim edəcəyik. Hesabatda təklif və rəylər daha aydın qeyd olunub.”






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar