Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son illərin ən dəhşətli yanğınları – Siyahı


İnsanların tikinti işləri görə bildiyi zamanlardan yanğın hadisələri də onların həyatının ayrılmaz hissəsinə çevrilib


Qədim zamanların ən məşhur yanğın hadisəsi eramızın 64-cü ilində imperator Neronun Romada qəsdən törətdiyi yanğın idi. Şəhərin bir hissəsini viranəyə çevirən həmin hadisə zamanı imperator imarətindən Romanın panoramasına nəzər salırdı və musiqi alətində ifa edərək yanğından zövq alırdı.
 
2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın 15 nəfərin həyatına son qoydu. Bu hadisə bütün Azərbaycanda sarsıntı ilə qarşılandı.
 
PİA.AZ modern.az-a istinadən son illər ərzində dünyada baş verən dəhşətli yanğınların siyahısını təqdim edir.
 
1989-cu il iyunun 3-də Rusiyanın Aşa şəhərində yerləşən dəmiryolu xəttində baş verən yanğın SSRİ tarixində ən böyük insan tələfatına yol açan nəqliyyat qəzası idi. Ərazidə toplanan qazın təsiri ilə iki əks istiqamətdə hərəkət edən sərnişin qatarları alova qərq olaraq partlamışdı. Bunun nəticəsində 575 nəfər həlak olmuş, əksəriyyəti ömürlük əlil qalan 625 nəfər isə xəstəxanalara yerləşdirilmişdi.
 
1994-cü il dekabrın 8-də Çinin Kurmay şəhərində əsasən uşaqların həlak olduğu böyük yanğın baş verib. Şəhərdəki Dostluq zalında qeydə alınan yanğında 288-i uşaq olmaqla 323 nəfər həlak olub. 
 
1995-ci il dekabrın 23-də isə məktəblilərin həlak olduğu yanğın epizodu Hindistanın Haryana şəhərində baş verib. Yanğın əksəriyyəti məktəbli olmaqla 360 nəfərin ölümünə səbəb olub. 
 
1999-cu il fevralın 10-da Rusiya Daxili İşlər Nazirliyinin Samara Baş İdarəsində dəhşətli yanğın baş verib. Hadisə nəticəsində 57 nəfər həlak olub, 200-dən artıq insan isə xəsarət alıb. İstintaq taxtadan tikilən köhnə baş idarə binasının siqaret kötüyündən alovlandığını müəyyən etsə də, yekun versiya bu günə qədər formalaşmayıb.   
 
1999-cu ildə martın 24-də Fransa ilə İtaliyanı birləşdirən Mon-Blan tunelində insan ölümünə səbəb olan faciə baş verib. Yük maşınının tuneldə alovlanması və zəhərli tüstü ayrılması nəticəsində tuneldə 39 nəfər həyatını itirib.
 
2000-ci ildə noyabrın 11-də Avstriyanın qış turizmi üçün əlverişli olan Kaprun qəsəbəsində funikilyorda yanğın qeydə alınıb. Hadisə zamanı funikilyorla dağ kurortuna qalxan 155 sərnişin həlak olub. Yalnız 12 sərnişin hündürlükdən özünü ataraq xilas ola bilib. Yanğın kabinələrdən birindəki qızdırıcının nasaz olmasına görə baş verib.  
 
2001-ci ilin sentyabrın 11-də ABŞ təyyarələr vasitəsi ilə törədilən kamikadze hücumlarına məruz qalıb. Dünya Ticarət Mərkəzi və Pentaqona çırpılan təyyarələr dəhşətli yanğına səbəb olub. Rəsmi məlumatlara görə, 11 sentyabrda baş verən terror aktları 2977 nəfərin ölümünə və təxminən 6300 nəfərin yaralanmasına səbəb olub. 
 
2003-cü il fevralın 20-də Amerikanın Rod-Aylend ştatının Uset-Uorik şəhərindəki gecə klubunda 100 nəfərin həyatına son qoyan, 230 nəfəri yaralayan dəhşətli yanğın hadisəsi baş verib. İstintaq hadisəyə səbəb olaraq klubun divarlarını səsdən izolyasiya edən panel və üzlüklərin tezalışan penoplastdan hazırlanmasının olduğunu müəyyən edib.
 
2004-cü il dekabrın 30-da gecə Argentinanın paytaxtı Buenos-Ayres şəhərindəki “Respublika Kromanyon” diskotekasında yanğın olub. Hadisə pirotexnikanın qığılcımlarının klubun yanmağa meylli materiallardan hazırlanmış divar və tavan üzlüklərinə düşməsi nəticəsində baş verib. Nəticədə, diskotekada ziyarətçilərindən 194-ü ölüb, 410-u isə ağır xəsarətlər alıb.
 
2006-cı il yanvarın 6-da Rusiyanın Vladivostok şəhərindəki “Sberbank” filialında güclü yanğın olmuşdu. Nəticədə 9 nəfər həlak olub, 17 nəfər isə yaralanıb. Aparılan araşdırmalar bank filialında təhlükəsizlik qaydalarına riayət olunmadığı ortaya çıxarmışdı. 
 
2009-cu il dekabrın 5-də Rusiyanın Perm şəhərinin mərkəzində yerləşən “Xromaya loşad” gecə klubunda baş verən yanğın isə son illərin ən rezonanslı hadisələrindən idi. Pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində klubun daxili üzlükləri yanıb və bir anın içində klubu bürüyən alov 156 nəfərin ölümü, 78 nəfərin isə ağır yaralanması ilə nəticələnib.
 
2014-cü il noyabrın 22-də Banqladeşin paytaxtı Dəkkədə fabrik yanıb. Tikiş fabrikinin qəfil alovlanması nəticəsində 117 nəfər ölüb, 200-dən artıq insan isə yanıq xəsarətləri alıb.
 
2014-cü il mayın 2-də Ukraynanın Odessa şəhərində Həmkarlar İttifaqlarının binası alovlara qərq olub. Hadisə Ukraynanın federallaşmasına tərəfdarları və əleyhinə olan şəxslər arasında baş verib. Binadakı yanğında rəsmi mənbələrə görə, 39 nəfər həlak olub. Hadisənin baş vermə səbəbləri ilə bağlı istintaq bu günə qədər davam edir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar