Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son seçki ilə dağılan siyasi müstəvi



Limit bitmək üzrədir. Müxalifət hansısa əməli addımları atmalı və dəyişikliyə nail olmağa məhkumdur


Əks təqdirdə qarşıdan gələn parlament seçkilərinə qədər situasiyanı dəyişdirmək çətin olacaq. Bütün ümidləri neftin ucuzlaşmasına, Rusiyanın iqtisadi baxımdan çökməsinə bəsləmək düzgün deyil.

Hazırda şərtlər müxalifətin xeyrinə deyil. Proqnozlar onu göstərir ki, parlament seçkilərinə qədər vəziyyət mənfi yöndə dəyişə bilər. Neftin ucuzlaşması rəsmi Bakıya önəmli təsir göstərə bilməsə, hakimiyyət enerji daşıyıcılarından gələn gəlirlərlə seçki qabağı maaşları, pensiyaları artırmaqla əhalinin narazılığını cilovlamağa çalışa bilər.
Bütün resurslardan məhrum edilən müxalifətin söz deməsi üçün yalnız bir-neçə mətbu orqanı qalıb. Ehtimal edə bilərik ki, müxalifət mediası seçkilərə qədər tam sıradan çıxardıla bilər. Artıq bunun işartıları da  var. 

İstisna deyil ki, seçkiyə qədər iqtidar müxalifətin özünü də sıradan çıxartmağa səy göstərəcək. Müsavat Partiyasınında baş verənlər də bunun ilkin işartılardır. Bundan sonra müxalifətdən qopmalar bir qədər də arta bilər. Ən acınacaqlısı isə odur ki, qələbəyə insanların inamı azalır. 

Öncəki seçkilər zamanı müxalifət heç olmasa birlik nümayiş etdirə keçirə bilirdi, bu gün isə müxalifətdaxili didişmələr əsas amilə çevrilib. Belə davam edərsə, parlament seçkiləri öncəsi müxalifətin müqaviməti də effektli olmaya bilər. 

Son prezident seçkisi Azərbaycanda siyasi müstəvini tamamilə dağıtdı. Bu, qarşıdan gələn parlament seçkisi üçün müstəvini də daraldır. Görünən budur ki, Azərbaycanda bir partiyalı sistemi yaradılır. Artıq seçki yolu ilə siyasi dəyişikliyə nail olmağa inam sadəlövhlük kimi qəbul edilir. 

Son prezident seçkisi və post seçki dövrü Azərbaycanın siyasi sistemində ciddi dəyişikliklərin labüdlüyünü göstərdi. Artıq kardinal dəyişikliyə nail olmaq lazımdır. Bunlar olmayacaqsa, qarşıdan gələn parlament seçkisi də  passiv keçə bilər, mütləq qələbəsini elan etmiş hakim elita isə təhlükə hiss eləmədiyinə görə hegemonluğunu davam etdirməyə daha da həvəslənə bilər. 

Bu isə o anlama gəlir ki, iqtidar iqtisadi və sosial problemlərin həllinə yönələn addımlar atmayacaq.

Durğunluğun nəticəsi olaraq müxalifət, elə hakimiyyət daxilində də ziddiyyətlərin artması mümkündür.

Müxalifət düşərgədəki insanlar məğlubiyyətdən beziblər və həyatlarında bircə dəfə qələbə qazanmaq istəyirlər. İnsanların müxalifətdə qocalıb ölmələri böyük faciədir.
Vəziyyət acınacaqlıdır. Burada günah yalnız müxalifətdə də deyil. Ortada güclü cəmiyyət mövcud deyil. Ən yaxşı halda müxalifət 3000 nəfəri bir araya toplaya bilir. Cəmiyyət sındırılıb. Cəmiyyət müxalifətin arxasında durmur. Deməli, cəmiyyəti inandırmaq lazımdır. Bitmiş limitlə bunu etmək çətin olacaq.

Lakin bir incə məqamı da unutmaq olmaz. Azərbaycanda cərəyan edən proseslərdə bir baş qəhrəman var. Bu, xalqın özüdür. Yeni lider yetişdirməyə qüdrəti çatan, özünü fəda etməyi bacaran, lakin hal-hazırda bir süstlük içində olan xalqın nə zaman hansı lideri yetişdirəcəyi bəlli olmaz. Bu xalq prosesləri “sıfır nöqtəsi”nə qaytarmağa və hər şeyi yenidən başlamağa da qadirdir.

İnsanların yoxsulluq içində yaşadığı, onların səsinin eşidilmədiyi hər bir rayon və şəhər sabah bir barrikadaya çevrilə bilər. Böhran dərinləşir. Gərginlik artır. Proseslər elə bir mərhələyə qədəm basa bilər ki, bu dəfə narazılıq yaradan müxalifət partiyaları deyil, alçaldılan, təhqir olunan, mülklərindən məhrum olunan xalqın özü ola bilər. Proseslərin gedişi belə bir ehtimal irəli sürməyə əsas verir ki, Azərbaycanı üsyan bürüyə bilər. Üsyanı zorla yatırmaq cəhdləri isə alovlanan tonqalın üzərinə benzin səpələməyə bənzəyərdi. Bunu hakimiyyət də dərk edir. Odur ki, öz ampluasına sadiq qalır. Xalqı  məyusluğa düçar etmək, siyasətdən iyrəndirmək üçün müxalifəti daxili savaşlara sövq etmək iqtidara sərf eləyir. Hazırda elə bu baş  verir. İqtidar gözəl anlayır ki, xarici təzyiqlər artarsa, müxalifət amili ön plana çıxa bilər. Odur ki, müxalifəti parçalamaq  planını həyata keçirir. 

Lakin bölgələrdə baş verən sosial partlayışlar bütün ssenariləri darmadağın edə bilər. Seçki öncəsi hansı sürprizlərin yaşanacağını isə təxmin etmək çətindir... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar