Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosiallıqdan məhrum etirazlar...



Makedoniyanın paytaxtı Skopyedə paralel olaraq iki mitinq keçirilir


Birində 10 min adam iştirak edir və onu bütün Qərb mətbuatı işıqlandırır. Bu, müxalifətin aksiyasıdır.

İkinci mitinqə 100 min adam qatılır və onu Qərb mətbuatı işıqlandırmır. Çünki bu, iqtidar partiyasının tərəfdarlarının mitinqidir. Halbuki ikinci aksiya Makedoniya tarixində ən böyük aksiyadır.

Müxalifətin azsaylı aksiyasına Avropa İttifaqının emissarları və səfirlər baş çəkir, çadırlar qurulub. Qərb liderləri onlarla həmrəylik ifadə edir. Tələblər də ənənəvidir - hökumətin sədri Nikola Qruyevski istefaya getməlidir, çünki ötən ilki seçkiləri saxtalaşdırıb.

Bundan əlavə, parlament sədrinin cangüdəni 4 il əvvəlki bir qətldə şübhəli bilinir. Əvvəla, seçkilər ötən il olub, ancaq etirazlar nədənsə bu ilin yazında başlayır.

İkincisi, 4 il əvvəlki qətlin nə təfərrüfatları, nə də müxalifətin ittiham etdiyi şəxsin orada iştirakı barədə ətraflı bilgi ala bilərsiz. Üstəlik, niyə 4 il sonra bu cinayət aktuallaşıb? Eynilə bu, Ukraynada birinci Maydan (orada Maydanlarn sayını artıq itirməkdəyik) üçün stimul olmuş hadisə - jurnalist Qonqadzenin qətli ilə oxşarlıq gözə çarpır.

O vaxt bu qətldə birbaşa prezident Kuçmanı günahlandırırdılar, halbuki hakimiyyətə yiyələn hər bir Meydan hökuməti bu işin üstünü açmaq əvəzinə Kuçma ilə qol-boyun olmağa üstünlük verdi.

Əsl motivlər isə sirr deyil - Makedoniya ABŞAvropa İttifaqının oyununu oynamaqdan istina edərək “Türk axını” qaz layihəsinə qoşulur. Yəni Rusiyaya meyllidir.



Deməli, Qruyevski hökuməti getməli, yerinə Qərbin marioneti olan müxalifət gəlməlidir. Motivlər bu qədər üzdə və bəsitdir. Ancaq təbliğat maşını bu motivləri görməzlikdən gəlir, “demokratiya”dan danışır, yüz minlik mitinqi iqnora qoyaraq on minlik mitinqi dəstəkləyir. Bunun Balkanlarda yeni münaqişə ocağı ilə nəticələnə biləcəyi etimalı isə heç də ssenariyə zidd deyil.

Beləliklə, Qərbin yedəyində olan, geridə qalmış, sənayesi son 20 ildə tarmar edilmiş balaca dövləti konfrontasiyaya çəkməklə orada əslində sosial etiraz kimi üzə çıxmalı olan etirazların məcrasını sırf hakimiyyət didişməsinə (bu, keçməzsə, lap etnik toqquşmaya) çevirirlər. Təki xalqların gözü açılmasın, başları əsas səbəblərdən yayındırılsın və heç bir halda etirazlar sosial inqilab forması almasın.

***

Heç kəs deyə bilməz ki, almanlar rifah alına görə makedonlardan pis yaşayırlar. Əlbəttə, bu, absurd olardı. Halbuki Skopye etirazların arenasına çevrilən vaxt bütün Almaniya boyunca dəmiryol işçiləri bu ölkənin tarixində ilk dəfə olaraq müddətsiz tətilə başlayırlar.

Göründüyü kimi, müflis makedonlardan fərqli olaraq, sosial tələblərlə mübarizəyə tox bürgerlər qalxır.

Paradoksal deyilmi? Və hər gün bosslarını milyonlarla avro ziyana salan, iş saatlarının azalmasını, maaşların artırılmasını, əmək müqavilələrinin yenilənməsini tələb edən alman proletariatı ifrat istismar və ümidsizlik burulğanında boğulan makedonlardan fərqli olaraq qat-qat yüksək sinfi şüur nümayiş etdirir.

Halbuki mərkəz kapitalizmi ölkəsi olan Almaniyada işçilərin maliyyə və sosial vəziyyəti makedonlardakından çox-çox yüksəkdir. Sadəcə makedonların başını süni problemlərlə qataraq onların dirənişini tamamilə yanlış məcraya yönəldə bilirlər, almanlara münasibətdə isə bu plan keçmir. Nəticədə aclar dəxilsiz didişməyə yönlənir, onlardan daha yaxşı yaşayanlar isə sosial şüarlarla müddətsiz tətilə çıxır.

Günümüzün paradoksal reallıqlarından biri də budur: əzilənlərin sinfi şüurunun zəifliyi onlar üzərində manipulyasiyalar üçün geniş manevrə meydan açır..

Üstəlik, hazırda bütün Avropa sosial dirənişlərə hamilədir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı adlı bir qurum var. O, sıralarında nümayəndəli demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini tanıyan 34 dövləti birləşdirir. Həmin dövlətlərin əksəriyyəti Avropa İttifaqının üzvüdür.

Təşkilatın mayın 20-də açıqladığı son hesabatda deyilir: “Sosial təbəqələşmə səviyyəsi hazırda rekord həddə çatıb”.

Elə bilməyin ki, söhbət Çad və ya Sudandan gedir. Yox, bu vəziyyət inkişaf etmiş ölkələrdədir - ABŞ-da da, Almaniyada da, İsveç və Avstraliyada da.



Hesabata görə, həmin ölkələrdə ən varlı 10 faizlə ən yoxsul 10 faizin gəlirləri 9,6 dəfə fərqlənir (1980-cı illərdə bu rəqəm 7,1 idi). Üstəlik, inkişaf etmiş kapitalist ölkələrində sərvətlərin 50 faizdən çoxu əhalinin 10 faizinin əlində cəmləşib, əhalinin az gəlirli 40 faizinə isə sərvətlərin vur-tut 3 faizi məxsusdur.

Hesabata görə, ən ifrat sosial təbəqələşmə ABŞ, İsrail, Yeni Zelandiya, İsveç və Finlandiyada müşahidə olunur (yəqin ki, son iki adın bu beşlikdə olması azəri obıvatelləri üçün təəccüblüdür. Ancaq siyahını Rusiya və ya Çin ekspertləri tərtib etməyib).

Göründüyü kimi, ən varlı saydığımız dövlətlərdə ən ifrat sosial təbəqələşmə qeydə alınır. Bu isə potensial olaraq sosial kataklizmlərə yol açır.

Düzdür, inkişaf etmiş Qərb ölkələrinin əhalisinin dözüm limitinin diapazonu genişdir - onlar üçüncü dünya ölkələrinin istismarından qazanılan gəlirlərdən öz cüzi paylarını götürməklə sosial etirazlarını təxirə sala bilərlər. Yəni, hakimiyytlərin güzəşt paketi genişdir, ehtiyyat tədbirləri üçün imkanlar var. Ancaq bu, qətiyyən problemin həlli deyil.

Məhz öz ölkələrindəki potensial etirazları ləngitmək üçün Qərb elitasına başqa ərazilərlə manipulyasiya, oraları sənayesizləşdirmək, xammal əlavəsinə çevirmək, xaos səpmək və zəif salmaq zəruridir.

Makedoniyanın zəif, yoxsul, asılı olması, sərvətlərinin iə marionet hakimiyyətlər vasitəsilə Qərbə axması Qərb üçün arzuolunan və faydalıdır (Eləcə də Ukraynanın, yaxud istənilən periferiya kapitalizmi ölkəsinin zəifliyi Qərbə gərəklidir).

***

Qərbin özündə isə alman fəhlələrinin müddətsiz tətili kimi aksiyaları da heç bir qüvvələr nisbətini dəyişə bilmz. Çünki Qərb muzdlu işçisi, orta statistik istehlakçısı, obıvatel və lümpeni qətiyyə inqilabçı sinif deyil. Qərb hakimiyyətlərinin parazitizmmindən onlara da həmişə az da olsa pay düşəcək.

Yəni istismar olunanlar Sistemə inteqrasiyasından vaz keçməyəcəklər. Deməli, sosial inqilabların taleyi də yalnız pperiferiyalarda, üçüncü dünya ölkələrində həll olunacaq. Bunun qarşısına almaq üçün isə oradakıları tamamilə süni problemlərlə yemləmək, Qiyam enerjisini başqa istiqamətlərə yönəltmək gərəkdir. Eynilə Makedoniyada olduğu kimi...

Əslində Qərbdə elə bir rejim yoxdur ki, onu demokratik adlandırmaq olsun (demokratiya isə xalq hakimiyyətidir). Formal olaraq seçkilər keçirilir, ancaq iştirakçılar əvvəlcədən müəyyən olunmuş iqtisadi kursdan fərqli kurs seçə bilməzlər.

Yəni hər şey əvvəldən müəyyən olunub və sərhədlər cızılıb. Həmin iqtisadi kurs isə mütləq neoliberal kurs olmalıdır.

Odur ki, Qərbdə radikal kurs dəyişikliyi nonsensdir, yalnız “mədəni tənqid”ə icazə var. Bunun isə sosial inqilaba heç bir aidiyyatı yoxdur. Və bu tənqid burjuaziya tərəfindən ziyansız, hətta xoşagələn sayılır (üstəlik, etiraz enerjisini sublimasiya edir). “Azad seçkilər” vasitəsilə siyasətdə və iqtisadiyyatda nəyisə dəyişmək isə mümkünsüzdür...(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar