Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soso Pavliaşvili xalq artistini təhqir etdi: “Ermənilərlə yenə dostluq edəcəyəm“


Gürcü müğənni Soso Pavliaşvili xalq artisti Ramiz Fətəliyevin onunla bağlı dediyi sözlərə cavab verib


Axşam.az-ın məlumatına görə, R.Fətəliyev açıqlamasında bildirmişdi ki, ifaçı Bakıya gəlişindən imtina etməlidir. 

“Soso Qarabağ münaqişəsi zamanı Dağlıq Qarabağa gedən və konsert verən ilk ifaçıdır. Buna görə də Bakıda konsert vermək hüququ yoxdur” deyə, xalq artisti əlavə edib. 

S.Pavliaşvili life.ru-ya açıqlamasında xalq artistini təhqir edib:

“Mənə görə narahat olmayın. Bu, boş-bekar adamların söhbətləridir. Onlara sümük ver, gəmirsinlər. Hər şey 1980-ci ilin sonunda, bir neçə eybəcərin bıçaq götürüb, qadın və uşaqları doğramasından sonra başladı. Bakıya gəlib-gəlməyəcəyimi həmin dramaturqdan soruşmayacağam, heç onu tanımıram da. Onu təbrik edirəm, indi məşhur olacaq. Buna görə qoy mənə bir şüşə konyak da bağışlasın. Onu öz konsertimə məmnuniyyətlə dəvət edirəm. Mən sülh adamıyam. İnsanlarla milliyətinə yox, davranışlarına görə dostluq edirəm. Bu qalmaqalçılar Qarabağı geri almaq istəyirlərsə, kəşfiyyat qrupu yaradıb, gedib alsınlar. Bunun əvəzinə isə onlar divanda əyləşib Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın geri qaytarılması bundan asılı deyil. Onu mən almamışam ki, geri də qaytarım. Məni harda gözləyirlərsə, ora gedib və oxuyacağam".

S.Pavliaşvili ermənilərlə dost olduğunu deyərək, onları müdafiə edib:
 
"Tez-tez mənə Bakıdan zəng vurub deyirlər: “Soso, biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir”. Hər insan öz fikrini deməkdə sərbəstdir. Danışmaq istəyirsə, danışsın. Mən heç vaxt heç bir müharibəni başlatmamışam. Kimsə nəyisə alovlandırırsa, onu söndürməyə çalışmışam. Ermənilərlə dostluq etmişəm, edirəm, edəcəyəm də. Heç kimdən də buna görə icazə almayacağam. Tezliklə Bakıda böyük xeyriyyə tədbirimiz olacaq. Hamını ora dəvət edirəm. Gəlmək istəmirlərsə, onlara yüz il yaşamaq və uğurlar arzulayıram".

Qeyd edək ki, Soso Pavliaşvili bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar