Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyqırım faciəsi İçərişəhər «Cümə» məscidində qeyd olundu


31 Mart – Azərbaycanlıların Soyqırımı günü respublikamızın hər yerində olduğu kimi ölkənin dini ibadət yerlərində, o cümlədən İçəri şəhər «Cümə» məscidində də qeyd olunmuşdur


PİA.AZ-a daxil olan məlumata görə, məsciddə keçirilən tədbirdə İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli qeyd etmişdir ki, bu gün Azərbaycanın bütün bölgələrində və dünyanın bir sıra ölkələrində 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın digər bölgələrində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir. Həmin zaman erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı analoqu olmayan qəddarlıqlar həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılaraq dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. Onların əziz xatirəsini yad etmək bu gun biz müsəlmanları borcudur.

Hacı Surxay bildirmişdir ki, bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində soyqırım hadisəsinin ildönümü ilə bağlı böyük toplantı keçirilmiş, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar müraciət qəbul etmiş, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunmuşdur.

Bununla əlaqədar İçəri şəhər «Cümə» məscidində də martın 31-də keçirilən namaz soyqırım hadisəsi qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə həsr olunmuşdur. Məsciddə faciə qurbanlarının xatirəsinə dualar oxunmuş və ehsan mərasimi təşkil olunmuşdur.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar