Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyün Sadıqovdan Orxan Zeynalovun həbsinə reaksiya


"Orxana verilən cəzaya görə Azərbaycanda antiRusiya ovqatının yaranmasını anlaya bilmirəm"


Rusiyada yaşayan diaspor lideri, Putinin ən yaxın tərəfdaşlarından hesab olunan Söyün Sadıqov bu gün Moskva şəhər federal məhkəməsi tərəfindən Orxan Zeynalova verilən 17 illik həbs cəzasını Moderator.az-a şəh edib.


O, bildirib: “Başqa insana qarşı cinayət törətmək hər şeydən öncə günahdır. Xüsusən də insanı həyatdan məhrum etmək bağışlanmaz günahdır. Hansı ki, həmin öldürülənin anası, atası, qardaş-bacısı, xalası-bibisi, əmisi-dayısı, rəfiqəsi və ya arvadı olanda bu çox ağır sarsıntılara səbəb olur. Birini həyatdan məhrum edəndə əvvəlcə bunun hansı ağır nəticələrə səbəb ola biləcəyini düşünməlisən ki, səni nə qanun, nə öldürülənlərin yaxınları bağışlamayacaq. Ona görə də Orxana verilən cəzaya görə Azərbaycanda antiRusiya ovqatının yaranmasını anlaya bilmirəm və bunu səhv addım hesab edirəm. Dövlətlərarası münasibətləri cinayətkara verilən qiymətlə ölçmək və sınağa çəkmək olmaz. Gəlin razılaşaq ki, RusiyaAzərbaycan, ruslarla azərbaycanlılar arasında bu qədər yaxşı münasibətlər olduğu halda onu bir cinayətkara görə korlamaq doğru olmazdı.

Orxanın lazımi vəkillə təmin edilməməsi üzündən bu qədər ağır cəza alması iddiasına gəlincə məndə olan informasiyaya görə ilk gündən Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Orxana bir yox, iki vəkil tutublar. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev pis vəkil deyil. Orxana prokurorun bu qədər ağır cəza istəməsi və hakimin də ona bu qədər ağır həbs cəzası verməsi məncə vəkillərin pis olmasıyla deyil, həmin qətlin Rusiya cəmiyyətində yaratdığı rezonansla bağlıdır. Xatırlayırsınızsa həmin qətldən sonra hadisə baş verən rayonda necə iğtişaşlar baş qaldırdı və millətçilər bundan istifadə edib “Pokrovski” bazasında, digər rayonlarda hansı hadisələri törətdilər. Bu da əhalinin ayağa qalxmasına səbəb oldu. Ona görə də əgər prokuror və hakim Orxana orta və ya aşağı müddətli cəza versəydi Ukrayna hadisələrindən sonra ölkədə onsuz da millətlərarası münasibətlərdə yaranmış gərgin vəziyyətə əlavə təhlükə yarada bilərdi. Bütün bu faktorlar Orxana verilən cəzada həlledici rol oynadı.

Hesab edirəm ki, azərbaycanlılar və ruslar, AzərbaycanRusiya xalqları bu günədək bir-birinə hörmət etdiyi kimi bundan sonra da münasibətləri qoruyub saxlayacaq və ən əsası bu cinayət ikitərəfli münasibətləri korlamayacaq” .


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar