Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyün Sadıqovdan Polad Bülbüloğluna sərt sözlər



“AzerRos” prezidenti yenə od püskürdü; “Məni Abbas Abbasovla Polad Bülbüloğlu tanış edib, Abbasov səfirin yanına yox, Bülbüloğlu daim onun yanına, “Praqa” restoranına gedirdi...”


Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti -  “AzerRos”un aprelin14-də seçilmiş yeni sədri Söyün Sadıqov təşkilat və onun ətrafındakı son durumdan danışıb. 

Açıqlamasında o, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bostanına növbəti dəfə daş atıb. 

Xatırladaq ki, ötən ay o, səfir Bülbüloğlunu baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovla “eyni qayıqda yer almaqda” günahlandırmışdı. Ancaq maraqlıdır ki, səfirlikdən bu ittihamlara indiyədək reaksiya gəlməyib. Sadıqov budəfəki açıqlamasında öncə diaspor üzvlərindən olan Mirəşrəf Fətiyevein bu yaxınlarda Azərbaycan nəşrlərindən birinə verdiyi müsahibədə onun haqqında dediklərinə toxunub. 



Polad Bülbüolğlu

“AzerRos” rəhbəri deyib: “Mən indi Mirəşrəf müəllimə müraciət edərək soruşmaq istəyirəm: doğrudanmı o, Azərbaycandakı son prezident seçkiləri zamanı özü səfir Polad Bülbüloğlunun məni Azərbaycan xalqının və dövlətinin düşməni kimi təqdim eləməyə yönəlik qara piar kampaniyası haqda məni xoş niyyətlə xəbərdar etdiyini unudub? Hələ o zaman o, Səftər Əzimovun yanında üzrxahlıqla etiraf eləmişdi ki, Polad Bülbüloğlu onu mənə qarşı çıxmağa məcbur edib, əks təqdirdə Azərbaycandakı biznesində problem yaranacağı ilə hədələyib. Odur ki, fikrimcə, indi heç nə dəyişməyib. Cənab Fətiyev və onun kimilər növbəti dəfə Polad Bülbüloğlunun əlində mənə qarşı alətə çevriliblər”. 



Mirəşrəf Fətiyev

Sözünə davam edən “AzerRos” prezidenti deyib: “Kim də olmasa, Mirəşrəf müəllim yaxşı bilməlidir ki, 2013-cü ilədək (o vaxtadək qurumun prezidenti Sadqov olub – red.) “AzerRos” həmişə Rusiyadakı azərbaycanlıların maraqlarına, Rusiya-Azərbaycan dostluğuna və ölkəmizin Rusiyadakı təbliğinə xidmət edib. Mən səfir Polad Bülbüloğlunun tədbir və dostluq görüşlərində şərəfli yerlərdə oturan ictimai xadimlərdən biri olmuşam və səfir bunu həmişə yüksək qiymətləndirib. Bir nümunə deyim: Moskvada Bauman bazarının tavanı çökəndə çoxlu sayda həmvətənimiz zərər çəkmişdi. “AzerRos” və bizim  komandamız o vaxt ilk olaraq insanların köməyinə gəldi və Moskvanın ozamankı meri Yuri Lijkovdan tələb elədi ki, şəhər rəhbərliyi zərərçəkənlərlə bağlı bütün xərcləri öz üzərinə götürsün. Səfirin yəqin ki, yadındadır, necə o, mənə zəng edib prezident İlham Əliyevin, səhiyyə naziri Oqtay Şirəliyevin v şəxsən öz adından mənə şifahi minnətdarlıq çatdırdı. Belə nümunələr çoxdur”.

“Mən Abbas Abbasovun natəmiz fəaliyyəti barədə açıq çıxış eləmişəm. Azərbaycanın səfiri isə hesab edir ki, həqiqət Abbasovun tərəfindədir. Bu da söyləməyə əsas verir ki, səfir hələ də köhnə dostunu müdafiə edir və ya ondan qorxur...”

Abbas Abbasovla münasibətlərindən söz açan Söyün Sadıqov onunla 2012-ci ilin fevralınadək tanışlığı olmadığını söyləyib: “2012-ci ildə Rusiyadakı prezident seçkiləri ərəfəsində bizi Ümumrusiya Azərbaycanlıları Konqresinin indiki icraçı direktoru İlqar Hacıyev, diasporun müəyyən dairələrində tanınan Natiq Ağamirov və səfir Polad Bülbüloğlu tanış edib. O zaman mən aydın şəkildə gördüm ki, səfirlə Abbas Abbasov arasında necə isti münasibətlər var. Axı Abbasov səfirin yanına yox, Bülbüloğlu daim onun yanına, “Praqa” restoranına gedirdi. Məhz Bülbüloğlu “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə Abbasovun namizədliyini irəli sürmüşdü. Halbuki, mən hələ 2013-cü ilin əvvəlində Abbas Abbasova münasibətdə öz narahatlığımı və şübhələrimi ortaya qoymuşdum”.


  
Abbas Abbasov

Sadıqov səfirə qarşı ittihamlarını davam etdirir: “Bu gün də səfir Abbas Abbasovun çirkin siyasi oyunlarına və təşkilatımızı basqınçı formada zəbt etməsinə qarşı çıxan həmvətənlərimizin əksəriyyətini müdafiə eləmək əvəzinə, mənə qarşı təzədən qara kampaniya başladıb. Mən Abbas Abbasovun natəmiz fəaliyyəti barədə açıq çıxış eləmişəm. Azərbaycanın səfiri isə nədənsə hesab edir ki, həqiqət Abbasovun tərəfindədir. Bu da söyləməyə əsas verir ki, səfir hələ də köhnə dostunu müdafiə edir və ya ondan qorxur”.

“Səfirliyin konsul şöbəsində həmvətənlərimizin hansı çətinliklərlə üzləşdiyi heç kimə sirr deyil. Səfir öz xalqı ilə birgə olmalıdır.  O, elə bundan ötrü də burada – Rusiyadadır...”

“Mən ondan xahiş edirəm: məni yox, öz həmvətənlərini və azad seçimi dəstəkləsin. Səfirliyin konsul şöbəsində həmvətənlərimizin hansı çətinliklərlə üzləşdiyi heç kimə sirr deyil. Səfir öz xalqı ilə birgə olmalıdır.  O elə bundan ötrü də burada – Rusiyadadır... Abbas Abbasov öz çirkin siyasi oyunları və intriqaları ilə kənarda qalıb, səfir isə mübarizəni mənimlə aparır. Abbasov tərəfindən mənimsənilmiş təşkilatın “legitimliyini” sübut etməyə çalışır. Bilirsiniz, biz böyük həvəslə Azərbaycanda dövlət əleyhinə cinayət törətmiş adamların son həbsi xəbərini izləyirik. Çox ümid edirik ki, növbə Rusiyada yaşayan, vətəndən uzaqda olsa belə, hələ də öz xalqına, dövlətinə xəyanət eləmiş Azərbaycan vətəndaşlarına da çatacaq”. 
- əlavə edib Söyün Sadıqov. 

*****

Xatırladaq ki, “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas fiquru sayılan Abbas Abbasov “AzerRos”da parçalanmanın əsas baiskarı sayılır. O, 2013-cü il prezident seçkiləri zamanı tutduğu məlum mövqe ilə Azərbaycan iqtidarı ilə körpüləri yandırıb.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar