Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyün Sadıqovla Sevinc Babayevanın adının hallandığı qaranlıq cinayət işi


Məhbus türmədən məktub yazdı, müstəntiqi rüşvət və təhqirdə ittiham etdi


Redaksiyamıza hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus Ramiz Nəbi oğlu Şadmanov tərəfindən şikayət məktubu daxil olub.

 Məhbus 1988-ci ildən Ermənistanın İrəvan şəhərinin Əzizbəyov rayonundan deportasiya olunduqlarını və Şuşanın Malıbəyli kəndinə köçürüldüklərini, daha sonra isə ermənilər tərəfindən oradan da didərgin salınaraq, ölkənin müxtəlif bölgələrində yaşadıqlarını və nəhayət, Bakıya köçdüklərini yazaraq, mətləbə keçib.

 Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 41, mənzil 47-də mənzil olduğunu və pasport qeydiyyatında olduğunu yazan Ramiz Şadmanov biri anadangəlmə əlil(Qan xəstəliyindən əziyyət çəkir) olmaqla üç övlad sahibi olduğunu, tutulduqdan sonra həyat yoldaşı Nüşabə Ağamalıyevanın da 2010-cu ilin may ayında süd vəzisi xərçəngindən vəfat etdiyini bildirib: «Hazırda övladlarım 84 yaşlı anamın himayəsində yaşayırlar. Diqqətinizə çatdırım ki, mən 2008-ci ildə törətmədiyim cinayətə görə həbs olunmuşam. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə 3 il azadlıqdan məhrum edilsəm də, Bakı şəhər Prokurorluğunun müstəntiqi Ehtiram Baxşəliyevin protesti əsasında Bakı Apellyasiya Məhkəməsi cəzamın müddətini artırdı. Həmin məhkəmənin hakimi Faiq Qasımov məni 8 il azadlıqdan məhrum edən hökm verdi. Cəzamın sonu 17 sentyabr 2016-cı ildə başa çatır».

 "Müstəntiqin təzyiqi ilə üz-üzəyəm!”

 Pulunun olmadığına görə bu vəziyyətlə üzləşdiyini və haqsızlığın nə demək olduğunu yaxşı anladığını bildirən Ramiz Şadmanov yazır ki, günü bu gün də onu rahat buraxmayan paqonlular var: «Mən xeyli müddətdir Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun təzyiqləri ilə üz-üzəyəm. Halbuki, bildiyiniz kimi, azadlıqdan məhrum edilmiş şəxslər təkcə azadlıqlarını itirirlər, yəni məhkumların da özlərinə görə hüquq və vəzifələri var və hər bir insan kimi mənim hüquqlarım da tapdalanmamalıdır. Ancaq bu Cövdət İsgəndərov açıq şəkildə nəinki mənim hüquqlarımı tapdalayır, hətta mənə açıq şəkildə təzyiq etməkdən də çəkinmir. Bu azmış kimi, o, mənə məkrli məqsədinə çatmaq üçün də rüşvət də təklif edib».

 Məşhur Sevinc Babayevanın adı yeni qalmaqalda!

 Ramiz Şadmanov Nəsimi Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun onu ciddi şəkildə narahat etməsini 2008-ci ildə yaşanan bir hadisədən qaynaqlandığını bildirir.

 Beləliklə, tutulmamışdan əvvəl «Təzə bazar»ın yaxınlığında, daha dəqiqi, Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi ev 104-də yerləşən ev alqı-satqı ofisində işlədiyini xatırladan Ramiz Şadmanov yazır ki, 2008-ci ilin yay aylarında əvvəllər yaxından tanıdığı Sevinc Babayeva (Bu xanım cəmiyyətə Güllər Əhmədovanın məlum işindən tanışdır- redaksiya) ilə birlikdə Əkbər Yunis oğlu Tanrıverdiyev, Elçin Əkbər oğlu Verdiyev və Fatma adlı bir qadın gəliblər: «Onlar mənə «Kubinka» deyilən ərazidən 4-5 ev və torpaq sahəsi tapmağımı xahiş etdilər. «Kubinka»da göstərdiyim 3 evi bəyənib, beh də verdilər. Eyni zamanda, Binəqədi rayonu Xocaəsən qəsəbəsində makler Hacı İsmayılın göstərdiyi hər biri 6 sot olmaqla iki torpaq sahəsi, eləcə də, həmin ərazidə dağın arxa tərəfindən də 12 sot yer aldılar. Bir daha bildirirəm ki, mən, bu adamları məhz Sevinc xanıma görə tanımışam və xidmət haqqı olaraq 2 faizə işləmişəm. Düzdür, onlarla bir neçə dəfə bir yerdə restoranda yeyib-içmişik. Bundan əlavə, onlar məni əslən Gürcüstandan olan Rakif adı şəxslə də görüşdürüb və bildiriblər ki, alınacaq bəzi ev və torpaq sahələri Rakifin adına sənədləşdiriləcək.

 Nə isə. Sözüm ondadır ki, 2013-cü ildə cəzamı çəkdiyim müəssisəyə müstəntiq Cövdət İsgəndərov gələrək mənimlə söhbət etməyə başladı. O, məni yuxarıda adları çəkilən ev və torpaq sahələri alan şəxslərin kimliyi və digər məsələlərlə bağlı sorğu-suala tutdu. Mən də onun bütün suallarına tam səmimi cavab verərək, hər şeyi olduğu kimi danışdım. Lakin müstəntiq nədənsə mənim izahatım və cavablarımın onu qane etmədiyini dedi. "Səmimi söhbət”ə keçən Cövdət İsgəndərov dedi ki, mən, izahatı onun istədiyi kimi verim, yəni o, diqtə eləsin, mən də elə yazım. Hətta bunun üçün mənə 500 dollar pul verəcəyini də əlavə edərək, mənə bəzi məsələlərdə kömək edəcəyini də dedi. Sözündən belə çıxdı ki, Əkbər Tanrıverdiyevin əsgər yoldaşı olduğu bildirilən və Ələmdar kimi tanıdığım biri haqda müstəntiqin istədiyi ifadə verməliyəm. Mən isə haqsızlığın nə olduğunu, cinayətdə iştirakçı olmayan birinin həyatını qaraltmaq istəmədiyimi deyərək, müstəntiqin təklifindən imtina etdim. Bundan sonra o, məni küçə söyüşləri ilə təhqir və təhdid etməyə başladı».

 Prokurorluq müstəntiqlə bağlı məhkuma barışıq təklif edib?

 Ramiz Şadmanov bildirir ki, müstəntiqin təzyiq və təhdidlərinin əndazəni aşdığını görüb, bu haqda ölkənin baş prokuroru  Zakir Qaralova və Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinə şikayətlər yazıb: «Bu şikayətdən sonra cəza çəkdiyim müəssisəyə Nəsimi rayon Prokurorluğundan müstəntiq Əkbər Rzayev gəldi. O, mənə şikayətimi geri götürməyi və Cövdət İsgəndərovla barışmağımı xahiş etsə də, razılaşmadım. Prokurorluğun müstəntiqinə Cövdət İsgəndərovun məqsəd və niyyətinin nədən ibarət olmasından tutmuş, mənə rüşvət təklif etməsi, təhqirləri və digər halların hamısını izahatımda geniş şəkildə yazdım. Hələ ki şikayətlərimlə bağlı müsbət nəticə olub-olmadığını isə bilmirəm».

 Sevinc Babayeva, Söyün Sadıqov və digərlərinin adının hallandığı olaylar nədən ört-basdır edilir?

 Şikayətçi bundan sonra hadisənin motivinə toxunub. O, müstəntiq C.İsgəndərovun, əslində, Moskva şəhərində yaşayan Əkbər Tanrıverdiyevin sıx əlaqədə olduğu Söyün Sadıqovun Azərbaycanda daşınmaz əmlak sahibinə çevrilməsində iştirak etdiyini bildirərək, ortada qaranlıq məqamların olduğunu etiraf edib: «Yuxarıda qeyd etdiyim adamların ev və torpaq sahələri almasına kömək etdiyim ərəfədə Əkbər Tanrıverdiyev və onun ətrafı ilə tanış oldum. Və söhbətlərin birində Əkbər dedi ki, onun Usaməddin adlı yaxın dostunun oğlu Elviri hər hansı bir universitetə qəbul etdirmək lazımdır. Bəli, etiraf edirəm ki, mənim və Sevic Babayevanın bu işlərlə məşğul olan Lyüdmila adlı tanışımız vardı. Və məndən onun telefon və adresini soruşdular. Bundan sonra Əkbər, sonradan uşağın, yəni Elvirin dayısı olduğu bilinən Elçin Verdiyev və Sevinc Babayeva həmin uşağın qəbul məsələsi haqda Lyüdmila ilə danışmağı məsləhət elədilər.  Bundan bir neçə gün sonra onlar yenidən ofisə gəldilər. Orada Sevinc mənə 200 dollar verdi. Əlavə olaraq isə Elvirin ali məktəbə qəbulu üçün Lyüdmilaya çatacaq 1500 dollar pulu da ona verməyimi tapşırdılar. Mən də kuryer xidməti göstərib, həmin pulu Lyüdmilaya çatdırdım. İşin sonrasından isə xəbərim olmayıb. Çünki mən həmin ilin sentyabrın 17-də tutuldum.

 Hörmətli redaksiya!

 Xahiş edirəm, mənim məktub formasında sizə ünvanladığım izahatı dərc etməklə, müstəntiq Cövdət İsgəndərovun bu işdə hansı maraqlar güddüyünü də araşdırasınız. Sizə onu deyə bilərəm ki, həmin qəbul məsələsinin başında duran Əkbər, Elçin və digər yanımda olanları müstəntiq «sudan quru» çıxarmağa çalışmaqla, həmin işi Əkbərin əsgər yoldaşı olmuş və bu məsələdə heç bir rolu olmayan Ələmdar adlı birinə «yükləmək» istəyir. Mən isə içəridə cəza çəkən biri kimi, kiminsə ocağının haqsız şəkildə qaraldılmasına məcbur edilirəm. Görünür, Söyün Sadıqovun pulunu «fırladan» Əkbər Tanrıverdiyev və yaxın ətrafı pul sayəsində bu işdən də yayınmaqla yanaşı, məni də öz əməllərinə ortaq etməkdə və kiməsə cinayəti yükləməkdə qərarlıdırlar. Ancaq bir daha bəyan edirəm ki, müstəntiq Cövdət İsgəndərovun cəhdlərinə baxmayaraq, hadisə yazdığım kimi olub.

 Xahiş edirəm, məktubu dürüst və düzgün işıqlandırmaqla mənə kömək eləyin!».

 Son olaraq, onu da qeyd edək ki, Azərbaycan hakimiyyətini mütəmadi Moskvadan təhdid edən Söyün Sadıqovun da adının hallandığı hadisədə nədən qaranlıq məqamların araşdırılmaması, Söyün Sadıqovun, Sevinc Babayevin və digərlərinin adının nədən çəkilməməsini istəyən müstəntiqin hərəkətləri, həmçinin, Ramiz Şadmanovun dediyi kimi, işin nədən Ələmdar adlı şəxsə «yüklənməsi»nə çalışılması və digər hallarla bağlı Cövdət İsgəndərovun mövqeyini öyrənməklə araşdırmalarımız davam edəcək("Reytinq” qəzeti).

 Mia.az sözügedən məqalə ilə bağlı müəyyən araşdırma aparıb. Aydın olub ki, Ramiz Şadmanovun şikayətində yer alan və müstəntiq Cövdət İsgəndərovun apardığı iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxışdadır.

Məhkəmədən əldə etdiyimiz qeyri-rəsmi xəbərə görə, Söyün Sadıqovun, Sevinc Babayevin adının hallandığı iş üzrə sabah növbəti məhkəmə prosesi keçirilməlidir.

 Təəssüf ki, nə müstəntiqin, nə də digər adı çəkilənlərdən iddialarla bağlı mövqe öyrənmək mümkün olmayıb.

  Yazıda adları hallanan hər kəsin mövqeyini də işıqlandırmağa hazırıq!(mia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar