Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?


Aprel ayının hava proqnozu açıqlandı


Yaz fəsli olmasına baxmayaraq,  bir neçə gündür ki, ölkəmizdə soyuq hava şəraiti hökm sürür. Maraqlıdır, soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev soyuq hava şəraitinin aprelin 2-dək davam edəcəyini bildirdi: 

“Martın 30-u gündüz saatlarında 31-dək ölkə ərazisində qeyri sabit yağıntılı hava şəraiti davam etmiş, yağış, dağlıq və dağ ətəyi rayonlarda sulu qar, qar yağmış bəzi yerlərdə intensiz olmuşdur. Qeyd etmək istəyirəm ki, Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Ancaq gecəyə doğru yağış yağacağı ehtimalı var. Aprelin 2-də də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə duman olacaq, gündüz isə cənub küləyi əsəcək. Aprelin 2-də gündüz saatlarında temperatur ötən günlərlə müqayisədə bir qədər yüksələrək 7-11 dərəcə arasında dəyişəcək. Rayonlarda isə aprelin 1-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman-çiskin olacaq. Şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı gözlənilir. Həmçinin mülayim şərq küləyi əsəcək. Aprelin 2-də isə əsasən yağmursuz, gecə və səhər isə bəzi yerlərdə duman olacağı gözlənilir. Aran rayonlarında temperatur gündüz saatlarında 8-13 dərəcə isti, dağlıq rayonlarda isə 3-8 dərəcə isti gözlənilir. Bu gün gündüz saatlarından qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Aprelin 1-2-si nisbətən mülayim hava şəraiti hökm sürəcək”.

Ümumiyyətlə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.  Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12 dərəcə isti təşkil edəcək. Gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-33 mm) olacaq. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar