Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söyüş söyən məktəb direktoru qovuldu


Təhsil Nazirliyi Qardaşxan Səlimovla bağlı qərar qəbul edib


Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

Ans press-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil NazirliyiSuraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə apardığı araşdırma zamanı məktəbin fəaliyyətinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, mövcud normativ sənədlərin tələblərinə uyğunluğu, idarəetmənin təşkili, təlim-tərbiyə prosesinə nəzarət, fənlərin tədrisi və digər aidiyyəti məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılıb və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.

Araşdırma nəticəsində məktəbdəki tədris prosesinin təşkilinin ümumən qənaətbəxş olduğu və şagirdlərin davamiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin Bakı şəhəri üzrə orta göstəricilərə uyğunluğu məlum olub. Eyni zamanda, məktəb üzrə təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində ildən-ilə təhsilalanların nailiyyətlərinin (məktəb buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə) davamlı müsbət dinamikası müəyyənləşdirilib.

Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən, araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərsburaxma halları araşdırılıb.

Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi (məsələn, hadisəyə ilkin səbəb olan, tarix müəlliməsinin hamiləliyi ilə əlaqədar həqiqətən dərsləri buraxdığı, və həmin dərslərin biologiya və riyaziyyat ixtisası olan pedaqoji kadrlar tərəfindən əvəz olunmuşdur) və ya boş keçməsi halları müəyyən edilib.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

Xatırladaq ki, bir müddət öncə 118 nömrəli tam orta məktəbdə direktorunun şagirdlərlə rəftarı valideynlərin hiddətinə səbəb olmuşdu. Övladları həmin məktəbdə təhsil alan hövsanlılar məktəbin qarşısına yığışaraq aksiya keçirmişdi. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşmiş və o, dünyasını dəyişmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar