Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spikerin qardaşı oğlu əhaliyə keyfiyyətsiz su satır- Foto


Əsədovların “suya olan sevgisi”


2008-ci ildə təsis olunmuş “Optima-AZ” MMC şirkəti öz istehsal fəalliyətinə 2013-ci ilin mart ayından başlamışdır. Şirkət Azərbaycan bazarına ozonlaşdırılmış təbii süfrə suyu olan “Elsu” və təbii sudan hazırlanmış spirtsiz içki “Frutera” brendi adı altında daxil olmaqdadır.

Öz mənbəyini Qafqaz dağlarından götürən və süfrələrimizə insan sağlamlığına ən faydalı mineral tərkibdə çatan “Elsu” nişanli süfrə suyu “Optima-AZ” MMC tərəfindən  Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi-2 ünvanında qablaşdırılır.

Rəsmi məlumatlarda bu şirkətlə bağlı beləcə qısa məlumat var. 

İndi görək qeyri-rəsmi məlumatlar nə deyir…

Qafqaznews.az daxil olan məlumata görə, bu şirkətdə xeyli neqativ  hallar baş verir. 

İlk öncə onu bildirək ki, “OPTIMA-AZ” MMC-nin rəhbəri Əsədov Rəşad Nazim oğlu Milli Məclisin sədri, əvvəllər “Azərsu”nun rəhbəri olmuş hörmətli  Oqtay Əsədovun qardaşı oğludur. 

Mənbənin verdiyi  məlumata görə, son bir ildə şirkətdə özbaşınalıq hökm sürür. 

2013-cü ilin sentyabr ayından başlayaraq şirkətin  rəhbəri  işləyən Rəşad Əsədov işçi heyəti ilə kobud rəftar edərək işçilərin maaşlarını vaxtında verməmiş, o cümlədən tabeliyində olan işçilərə hədə-qorxu gəlmişdir. 

Şirkətin işçiləri dəfələrlə Rəşad Əsədova məlumat veriblər ki, vaxtı keçmiş məhsulların satılması insan orqanizmi üçün çox təhlükəlidir. Lakin bu xəbərdarlığa baxmayaraq Rəşad Əsədov  işçilərin maaşını kəsərək onları işdən qovmaqla hədələmişdir. 




Rəşad Əsədov işçilərə bildirib ki, gündə 40 kasset mal satmayan təmsilçi  maaş almayacaq. Belə biabırçı  iş rejimi 2013-cü il sentyabr ayından 2014-cü il may ayına qədər davam etmişdir.  Bu ilin may ayında işçilərin kütləvi aksiyası olmuşdur. Onu da bildirək ki, xeyli sayda işçi  Rəşad Əsədovun vədlərinə aldanaraq  “Akva-Vita”  şirkətindən  çıxaraq “OPTİMA-AZ”a işə gəliblər. Aldanan həmin  40 nəfərlik heyət maaşları verilmədiklərinə  və əvvəlcədən vəd olunan şərtlərə əməl olunmamasına görə “OPTİMA”nı tərk ediblər. 

“Akva-Vita” şirkətində 1200-1500 manat maaş alan işçilərə Rəşad  Əsədov 2000-2500  manat civarında aylıq maaş vəd etmişdir. Lakin işçilərə 180 manat rəsmi və 170 manat  “paket” maaş, ümumilikdə 350 manat maaş verilmişdir. 

Gündəlik 40 kasset mal satmayan işçinin maaşından isə qrafik üzrə gününə düşən pulu tutulmuşdur. İşçilər vaxı keçmiş məhsulun yenidən satışa çıxarılmasına etiraz etdiyi halda işdən qovulmuşlar. Bu özbaşnalıq zay olmuş məhsulun yenidən istehsala  “LOW” əmtə nişanı altında verilməsi ilə davam edir. 

Ortaya xeyli suallar çıxır: 

Birincisi, Əsədovların suya olan sevgisinin mənbəyində nə dayanır?  Əmi bir müddət əvvəl “Azərsu”nun rəhbəri işləyib. İndi isə qardaşoğlu əhaliyə su satır. Görəsən, bunlar suda nə görüblər ki, sudan başqa əhaliyə satmağa məhsul tapmırlar...




İkincisi, daxil olan məlumatdan görünür ki, Rəşad Əsədov işçilərə ayda 180 manat rəsmi, 170 manat qeyri-rəsmi maaş verir. Deməli, xeyli miqdarda pul vergidən yayındırılır. 

Üçüncüsü, öz reklamında Qafqaz dağlarının ətəyindən gəldiyi iddia edilən su vaxtı keçmiş, yəni içməyə yararsızdır. 
Deməli, xeyli sayda dövlət qurumu bu məsələyə qarışa bilər. 

Digər, o cümlədən tikinti ilə bağlı sualları növbəti yazıda Rəşad Əsədova ünvanlayacağıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar