Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalin Qafqaz Bürosunun məşhur iclasında Bakıya dəstək veribmi?


XX əsrin 80-ci illərinin sonlarından Ermənistanda dərc olunan akademik əsərlərdə və monoqrafiyalarda məhz Stalinin XX əsrin 20-ci illərində guya erməni torpaqları olan Dağlıq Qarabağ və Naxçıvanı Azərbaycan SSR-ə verdiyini sübut etməyə cəhdlər olunur


O dövrdə bu sayaq yazıların peyda olması təsadüf deyildi.

Çünki XX əsrin 80-ci illərinin ikinci yarısında ittifaq mətbuatında “yenidənqurma”, “yeni təfəkkür” şüarı altında antistalin tənqidi güclü vüsət almışdı, totalitar kommunist sisteminin, millətlərarası münasibətlər də daxil olmaqla bütün sahələrdəki naqislikləri Stalinin adına yazılırdı. 1920-ci ilin aprelində Rusiyanın XI Qızıl Ordusunun Şimali Azərbaycanı işğal etməsindən sonra da ermənilər Qarabağ, Zəngəzur, Naxçıvan kimi Azərbaycan torpaqlarına iddialarını dayandırmadılar.

Bütün Cənubi Qafqazı işğal etməyi hədəfləyən Sovet Rusiyası bu münaqişənin həllində vasitəçi rolunda çıxış edirdi. Sovet Rusiyasının  bu prosesdə iştirak edən liderlərindən biri də 1917-1922-ci illərdə RSFSR-in millətlərarası münasibətlər üzrə komissarlığına rəhbərlik edən İ.Stalin idi. İmperiya təfəkkürlü siyasi xadim olan Stalin əla anlayırdı ki, vətəndaş müharibəsi və iqtisadi depressiya yaşayan ölkənin millətlərarası sülhə və sabitliyə   böyük ehtiyacı var. Millətlərarası münaqişələrin həllində Stalin həmişə siyasi cəhətdən məqsədyönlülük prinsipinə diqqət yetirirdi.

Arxiv sənədərindən göründüyü kimi, 1920-1921-ci illərdə ərazi məsələləri ilə Ermənistan-Azərbaycan münaqişəsində teleqramlar və məruzələr iki şəxsə – İ.Stalin və Q.Çiçerinə ünvanlanırdı. Və bu, başa düşülən idi. Çünki birinci RSFSR-in millətlərarası münasibətlər üzrə, ikinci isə xarici işlər üzrə xalq komissarı idi. Mərkəzə ünvanlanan teleqramlarda əsasən Leninin Azərbaycan SSR-in daxili və xarici siyasətinin kurasiyasını həvalə etdiyi Q.Orconikidzenin  imzası olurdu. Məhz Q.Orconikidze 1920-ci ilin ortalarında Q.Çiçerinə göndərdəyi teleqramda ilk dəfə olaraq Dağlıq Qarabağı Azərbaycan SSR daxilində muxtar vilayət kimi ayırmağı təklif edib.

Öz növbəsində Stalin S.Orconikidzeyə göndərdiyi teleqramda Ermənistan-Azərbaycan ərazi münaqişəsində mövqeyini belə şərh edirdi: “Mənim fikrimcə, davamlı olaraq tərəflər arasında manevr etmək olmaz, tərəflərdən  birinin, baxdığımız halda Azərbaycanla Türkiyənin mövqeyini dəstəkləmək lazımdır. Mən Leninlə danışdım, o, etiraz etmir”.

Lakin Stalin ərazi məsələsinin həllinə siyasi konyuktura nöqteyi-nəzərindən yanaşırdı. Stalinin AK(b)P MK, AK(b)P BK, RK(b)P MK Qafqaz bürosunun, Azərbaycan İnqilab Komitəsi və Bakı İcraiyyə Komitəsinin 9 noyabr 1920-ci ildəki birgə iclasında daşnak Ermənistanının Azərbaycan SSR-in ərazilərinə iddiasının müzakirə olunduğu birgə iclasında dedikləri də bunu sübut edir. Stalin öz çıxışında deyirdi: “Zəngəzur vadisinin və Naxçıvanın kimə məxsus olmağını öyrənmək istəyirlərsə, Ermənistanın indiki hakimiyyətinə onları vermək olmaz, sovetləşdikdən sonra isə mümkündür”.

Stalinin bu bəyanatından aydın olur ki, Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi ali bolşevik rəhbərliyi tərəfindən Moskvada Cənubi Qafqaz hələ sovetləşməmişdən həll olunub. 4 dekabr 1920-ci ildə Stalin “Pravda” qəzetində dərc olunmuş “Yaşasın Sovet Ermənistanı” məqaləsində Baksovet deklarasiyasının mətnini kobudluqla təhrif edərək Zəngəzur, Naxçıvan və Qarabağın Sovet Ermənistanına verildiyini təntənə ilə elan etmişdi.

Erməni tarixçiləri tərəfindən süni surətdə yaradılan və geniş ictimaiyyətin şüuruna möhkəm nüfuz etdirilən belə bir mif var ki, guya RK(b)P MK Qafqaz bürosunun Dağlıq Qarabağla bağlı məlum qərarı Stalinlə bağlıdır. “Qarabağ münaqişəsinin” ilk illərində ermənilər sadə, lakin sonradan göründüyü kimi effektiv üsuldan istifadə edirdilər – belə bir “tarixi əfsanə” yaradıllmış və fəal surətdə təbliğ olunurdu ki, guya 4 iyul 1921-ci ildə  RK(b)P MK Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi haqqında qərar qəbul edib. Lakin Stalinin müdaxiləsindən sonra, 5 iyul 1921-ci il tarixdə plenum yeni qərar qəbul edərək, Dağlıq Qarabağı Azərbaycan SSR-in tərkibində saxlayıb. Bu səbəbdən Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar statusu İrəvan tərəfindən stalinizmin ağır nəticələrindən biri kimi təfsir olunurdu. Bu da sovet ictimaiyyətinin Qarabağ probleminə süni yaradılmış bir problem kimi yanaşmasını və mövqeyinin müəyyənləşdirilməsində böyük rol oynayırdı.

Sənədli faktlara söykənərək, Stalinin bu problemdə roluna baxaq. Bioqrafik xronikaya əsasən, Stalin 1921-ci il mayın sonlarından Nalçikdə istirahətdə idi. Dağlıq Qarabağ haqqında məsələnin baxılmasına bir həftə qalmış, 1921-ci ilin iyununda, o, istirahətini yarımçıq dayandıraraq, Tiflisə gəlib. Qeyd etmək lazımdır ki, Stalin Tiflisə ermənilərin Axalkalaki və Borçalı qəzaları ilə bağlı Gürcüstana iddia irəli sürmələri ilə bağlı gəlmişdi. Ermənistan SSR-in nümayəndəsi A.Bekzadyan Cənubi Qafqaz respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı 25 iyun 1921-ci ildə Tiflisdə bəyan etdi: “Kifayət qədər ərazisi olmadan Ermənistan siyasi subyekt kimi mövcud ola bilməz. Bununla əlaqədar olaraq qonşu Azərbaycan və Gürcüstandan Ermənistanın xeyrinə ərazilər kəsilməlidir”. İclasın protokolunda qeyd olunub ki, Myasnikov və Bekzadyanın Stalinlə görüşündə bu məsələylə bağlı baxış bucaqları haçalanıb.

Beləliklə, Tiflisə gələn və RK(b)P MK Qafqaz bürosunun iclasında iştirak edən Stalin erməni tərəfi ilə söhbətləşmişdi və onların qonşu respublikalara iddialarından xəbərdar idi. İyulun 2-dən 7-dək Stalin millətlərarası münasibətlər üzrə xalq komissarı və Mərkəzin nümayəndəsi kimi RK(b)P MK Qafqaz bürosu plenumunun işində iştirak etmişdi. Qeyd etmək lazımdır ki, Stalin Qarabağ probleminin müzakirəsində iştirak etsə də, səsvermədə iştirak və çıxış etməmişdi.

Maraqlıdır ki, 4 iyulda məhz Lenin Tiflisə, Orconikidzeyə göndərdiyi teleqramda yazırdı: “Təəccübləndim ki, siz Stalini istirahətdən ayırmısınız. Stalin bir az da istirahət etməli idi”. Bu, göstərir ki, Stalin RK(b)P MK Qafqaz bürosunun iclasında Lenindən xəbərsiz, lakin Orconikidzenin tələbi ilə iştirak etmişdi. Digər tərəfdən, bu günə kimi bir nəfər erməni müəllifi RK(b)P MK Qafqaz bürosunun 4-5 iyul 1921-ci il iclasının stenoqramının mətnini, xüsusilə də həmin iclasda Stalinin və ya digər iştirakçıların çıxışlarının mətnini təqdim edə bilməyib. Ermənilərin az-çox başa düşülən yeganə dəlili həmin iclaslarda Stalinin iştirak etməsi faktıdır. Beləliklə, guya Stalin azərbaycanlılara rəğbət bəslədiyindən “Dağlıq Qarabağı Azərbaycana bağışlayıb”, haqqında erməni versiyası əsassızdır…

Yazı İlqar Niftəliyevin “Позиция Сталина в вопросе о территориальной целостности Азербайджанской ССР и фальсификации в армянской историографии” (İRS №4-5 (28-29), 2007) məqaləsi əsasında hazırlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar