Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Standartlar milliləşəndə...


Beynəlxalq standartların, anlayışların Azərbaycana tətbiq olunanda necə əcaib forma aldığını bilməyən tapılmaz


Hər addımda qarşımıza çıxır, hər addımda. Məsələn, ticarətdə “endirim”, “kampaniya” sözləri birbaşa müştəriyə xidmət edən aktdır. İstehlakçıya hörmət qoyulan normal ölkələrdə ilin müəyyən dövrlərində 60-70, bəzən daha yüksək faizlərlə endirim edilir, bir mal alana daha biri hədiyyə edilir və sair. Bu, marketinqin, biznesin əlifbası sayılır. Azərbaycanda isə işbazlar öncə malları “ceyran belinə” çıxarırlar. “Qazlaya” bildiklərini qazlayırlar, bacarmadıqlarına isə həmin malları bir müddət sonra real qiymətə satırlar. Mağazanın şüşəsinə “endirim”, “şok endirim” sözlərini yapışdırmaq şərtilə təbii ki.

Magistratura, doktorantura anlayışları xarici ölkələrin universitetlərində həqiqətən də bir dərəcə, elm yolunda irəliləmə sayılır. Bizimkilərdə isə şan-şöhrət, “filankəsin uşağı magistraturanı qurtarıb” deyilmək üçün bir mərhələdir. Mən magistraturada oxuyanda bizə kafedraların laborantları dərs deyirdi. Hansıları ki, bəzi tələbələr bakalavr dövründən həmin kafedranın bəzi professorlarının “pul yığanı” kimi tanıyırdılar. Boloniya sistemi onun kimi. Sistemdə özünü əks etdirməli olan bir çox şərtlər Azərbaycanın təhsil sistemi üçün “balon” olub göylərə uçub.

Bu anlayışlardan biri də “erkən rezervasiya”dır. Məlum, turizmin normal inkişaf etdiyi ölkələrdə yay tətili üçün insanlar qışdan hazırlıq görür. Pulunun qədrini yaxşı bilənlər yanvar-fevraldan başlayaraq, ta maya kimi erkən rezervasiya edərək, 60-70 faiz endirimdən yararlanırlar. Allah heç qoymasa bizdə də belə sistem var. Bəndəniz ötən ay belə elanlardan verən 4 turizm şirkətinin qapısını döydü. Gedəcək ailə üzvlərinin sayı (4 nəfər idik), otelin yeri, istirahət müddətini öyrəndilər, qabaqlarına kalkulyator qoyub vurdular, böldülər və... minimal qiymət 3300 manatdan aşağı olmadı. Və təsəvvür edin ki, bu hələ bunların erkən rezervasiyasıdır.

İnternetdə reklamları başına götürən, aprelin sonuna qədər qüvvədə olan erkən rezervasiyasından yararlanmaq istəyənləri gözləyən soyuq duş. Səbəbini soruşursan, cavab bəllidir: axı bilet qiyməti 550 manatdan başlanır... Sanki bu, normalmış kimi. Hökumət özünün standartlara uyğun gəlməyən, iyli-qoxulu istirahət mərkəzlərinə adam yığmağın yolunu bilet qiymətlərini artırmaqda görüb, bunlar da erkən rezervasiya adı ilə camaatı xamlayıblar.

İş dünyasının rəqabəti desən... bu anlayışı da yerli işbazlar öldürüblər. Özü də bütün parametrlər üzrə. İş dünyası üçün rəqabət demək “yuxarı”lara daha çox “şapka” vermək deməkdir. Rəqibə qurşaqdan aşağı zərbə vurmaq, məsələn, onun barəsində müvafiq orqanlara danos yazmaq da guya bu rəqabətin növlərindəndir. Məsələn, bu tip zərbələrdən biri bu yaxınlarda iki media orqanı arasında yaşanıb. Eyni məmurun himayəsində olan media orqanlarından birinin işçisi o biri media orqanındakı həmkarlarının müxalif yönlü facebook statuslarını toplayıb və qeyri-rəsmi təsisçilərinə göstərib. “Baxın, görün bunlar sizdən pul alıb nə işlə məşğuldur” deyə...

Ya da baxırsan ki, jurnalist onunla eyni mövzuda yazan həmkarı ilə informasiya rəqabətinə girir. Bir də baxır ki, bah, eyni mövzuda həmkarı ondan bir addım qabağa gedib. Bu üstünlüyü qəbul edib, yoluna davam etmək əvəzinə, çamur siyasətinə keçir. Birinci həmin informasiyanı verən mənbəylə əlaqə saxlayıb, eyni xəbəri təkrarən ondan alır: “Nolar, onlara verdiyiniz xəbəri indi də bizə verin dəəə. Qoy eksklüziv olsun...” Sonra da eyni xəbəri sanki özü tapmış, ilk dəfə özü yazmış kimi, təqdim edir. Bunun da adı olur rəqabət, eksklüzivlik... Kitayski rəqabətinizi yesinlər sizin...

El ağbirçəklərimiz demiş, xaricilərin yaxşı cəhətlərini götürmək lazımdır... Vallah, heç o da lazım deyil. Çünki biz yaxşıları da çox tez bir zamanda özümüzə, öz cəmiyyətimizə oxşatmağı bacarırıq. Odur ki, elə öz yağımızda qovrulaq, həyatımıza dədə-baba qaydasında davam edək. Bir-birimizə ənənəvi qaydada ataq, badalaq gələk. Yoxsa ki, baloniya, rezervasiya, inteqrasiya...

Adamın bu sözləri yaradanlara, onların əziyyətinə heyfi gəlir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar