Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sultan Əhməd meydanında baş verən terrorun şifrələri açıldı


Canlı bomba Türkiyəyə necə gətirilib?


Yanvarın 12-də Sultan Əhməd meydanında 12 alman vətəndaşının ölümü və 16 nəfərin  yaralanması ilə nəticələnən terrorla bağlı istintaq işi yekunlaşıb. 

İstanbul Baş Prokurorluğu,  İŞİD terror təşkilatının üzvü Nabil Fadlı tərəfindən həyata keçirilən canlı bomba hücumu ilə bağlı 26 şübhəli şəxsə 7 il yarımdan ömürlük həbs cəzasına qədər müxtəlif hökmlər oxuyub. Həmin 26 nəfərdən 18-i hazırda həbsdədir, 2 nəfər isə hüquq-mühafizə orqanlarından gizlənir. 

İstintaq nəticəsində Nabil Fadlının Səudiyyə Ərəbistanında doğulduğu, türkmən tayfalarından Al Barak aşirətinə mənsub olduğu, Suriyada baş verə  hadisələrdən sonra ailəsi ilə birlikdə Hələbə köçdüyü, İŞİD terror təşkilatına üzv olub çoxlu sayda qarşıdurmalarda iştirak etdiyi aşkara çıxıb. Məlumata görə, bu aktı törədənə qədər,  son iki ildə onun adına heç bir cinayətdə rast  gəlinməyib. 
 
Təlimatı İŞİD əmiri verib...




İstanbul Baş Prokurorluğu iddianaməsində, Nabil Fadlının  terror aktını törətmək əmrini hazırda İraqda yaşayan İŞİD əmiri olan Omar-Əbu Abiddən aldığı bildirilib. Canlı bomba olan Fadlının Türkiyəyə girməsini isə İŞİD-in sərhəd məsələlərində məsul olan üzvləri Mahir Ali Alakkal, Azzo Ali Alakkal və kod adı Omran olan şübhəli şəxslər təmin ediblər. Hadisədə şübhəli bilinən Mahir Ali Alakkal Halil Dərviş adlı başqa bir şübhəliyə Fadlının avtomobil ehtiyat hissələrini almaq üçün Türkiyəyə getdiyini deyib və onun sərhəddən keçməsinə yardımçı olmağı tapşırıb. 



Bombalar ağzı tikilmiş  çantada Türkiyəyə keçirilib

İddianamədə qeyd olunur ki, Halil Dərviş  canlı bomba Nabil Fadlı və Omranı qaçaq yollarla gəldikləri sərhəddə qarşılayaraq “Akçakala”ya aparıb, Omran içində bomba daşınan, ağzı tikilmiş vəziyyətdə olan çantanı Dərvişə təslim edib. Deyib ki, səndə əmanət olaraq qalsın, açma. Sonra bizə göndərərsən. 

10-15 gün sonra şübhəli şəxs olan Omran, teleqram vasitəsilə Halil Dərvişə mesaj göndərərək içində bomba olan çantanı “Akçakala”ya  aparmasını istəyib. Dərviş də ertəsi gün deyilən yerə gedib və 15 kiloqram ağırlığına olan , içində bomba gəzdirilən  çantanı qəhvəyi rəngli dəri palto geyinmiş şəxsə verib. 


Canlı bomba hadisə yerində 4 gün müşahidə aparıb
 

Daha sonra bomba, şübhəlilərdən Fevzi Məhəmməd Əliyə verilib, o da çantanı Şanlıurfadan İstanbula aparıb. Burada bombanı şübhəli Rashed Alqaaqan alıb,  Ağsarayda Nabil Fadlıya verib.



Nabil Fadlı hadisə yerində 4 gün müşahidə aparıb və 12 yanvarda Sultanəhməd Meydanında bu partlayışı törədib.  Bu terakt 12 alman vətəndaşının ölməsinə və 16 nəfərin də yaralanmasına səbəb olub.
 
Canlı bombanın  və bombanın gətirilməsi 1 aya həyata keçirilib

İddianaməyə görə, təlimatın verilməsi ilə canlı bomba Fadlının və hadisədə istifadə edilən bombanın Türkiyəyə gətirilməsi müddəti bir ay çəkib. 
 
Gizlilik  yüksək səviyyədə olub

Hadisənin bütün iştirakçıları gizliliyə yüksək səviyyədə əməl ediblər. Tez-tez mobil telefonlardakı nömrələr dəyişdirilib, telefonda kod adlardan istifadə edilib. Terrorçular arasında ünsiyyət bütünlüklə teleqram, WhatsApp kimi proqramlar üzərindən həyata keçirilib. Əsas təlimatların yazıldığı ismarıclar "TrueCrypt" şifrələmə proqramı ilə şifrələnərək göndərilib. 

Mesajın içərisində də ayrıca parol tətbiq olunub, təlimatlar idarəçilər tərəfindən fərdi olaraq verilib. Mesajı aldıqdan sonra bütün istifadəçilər həmin telefon nömrələrini qırıb tullayıblar. 
 
Canlı bombanın qırıq planşetdə cihada çağırış videosu 

 
İddianamədə qeyd olunub ki, canlı bomba Fadlının müvəqqəti qaldığı Fatih Haseki Sultan Məhəlləsindəki  evində aparılan axtarışlarda qırılmış vəziyyətdə olan planşet ələ keçirilib. Orada  qısamüddətli görüntülər aşkarlanıb. Fadlının çıxışlarının birində "Sizlərə cihadı tövsiyə edirəm" dediyi aydın olub. Bundan başqa evdə Sultanahmet Məscidinin və Ayasofya Məscidinin fotoları da ələ keçirilib. 
 
Cəzalar 

 Şübhəlilərdən bir qismi ağırlaşdırılmış ömürlük həbs cəzası və 450 ildən 612 ilə qədər dəyişən həbs cəzalarına məhkum ediliblər. Bəziləri silah gəzdirməyə görə, 7.5 ildən 15 ilə qədər həbs cəzası ilə cəzalandırılıb.  Partlayıcı maddələri sərhəddən keçirənlərə və gəzdirənlərə isə 6.5 ildən 18 ilədək həbs verilib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar