Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir


Bbu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində "Bakcell" abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.

Uşaqların internetin mənfi təsirlərindən qorunmasına yönəlmiş tədbirlər çərçivəsində ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsini icra edir. Belə ki, cari ilin iyun ayında Sumqayıt şəhərində yerləşən 12 saylı məktəbdə “Təhlükəsiz İnternet” mövzusunda açıq dərslər keçirilib. Üçüncü və dördüncü sinif şagirdləri üçün təşkil edilmiş dərslərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, internetdə mövcud olan təhlükələr, internetin mənfi təsiri və təhlükəli məzmundan qorunmaq üçün nəzərdə tutulmuş alətlər, xüsusilə də “Bakcell” və  “ENGİNET” şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib.

Xatırladaq ki, “ENGİNET” şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni istifadə edən "Bakcell" müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya bilirlər.

Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün *134#10#YES yığaraq "Bakcell" şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etmək kifayətdir. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmədən sonra arzuolunmaz məzmun sistem vasitəsilə mobil internet paketinidən avtomatik olaraq filtrasiya ediləcək.

Soasial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək da bu fəaliyyətin bir hissəsidir.

“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar