Bu gün səhər saatlarından Sumqayit şəhərinin bir çox ərazilərində içməli su təchizatı dayandırılıb.
Bu haqda xəbər verən Sumqayit sakinləri bildirir ki, şəhərin bir sıra mikrorayonlarında, o cümlədən 13-cü mikrorayonda su kəsilib. Bu haqda aidiyyəti qurumlar öncədən heç bir xəbərdarlıq etməyiblər. Axşam saatlarına qədər su verilişi bərpa edilməyib. Əhali hələ də susuz qalmaqdadır. musavat.com