Sumqayıtda intihar hadisəsi baş verib
Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Təranə Qaraoğlan qızı Balamiyeva yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.