Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda kütləvi ixtisarlar


Son beş ildə Sumqayıtın ən iri sənaye müəssisəsi statusunu qazanan Texnologiyalar Parkı ciddi problemlərlə üzləşib


Zavodlar kompleksinə daxil olan bir neçə istehsalat sahəsi fəaliyyətini dayandırıb.

İşçilər kütləvi şəkildə ixtisara salınır, maaşların verilməsi isə gecikdirilir.

4500-dən çox işçinin çalışdığı və 17 zavoddan ibarət olan Texnologiyalar Parkı növbəti dəfə çətin günlərini yaşayır.

Sonuncu dəfə burada bənzər vəziyyət ötən ilin əvvəlində, ümumdünya iqtisadi böhranının növbəti dalğası yaşanarkən müşahidə olunmuşdu.

Müəssisədəki mənbə "Azadlıq" radiosuna deyib ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC maliyyə çətinlikləri ucbatından xammal ala bilmir və istehsal da buna görə dayanır.

Məlumata görə, bir neçə gün əvvəl maaşların 3 aydan bəri ödənilməməsinə açıq etiraz edən bir qrup işçi rəhbərlik tərəfindən adbaad müəyyən edilərək ixtisar bəhanəsilə işdən azad edilib. Bundan sonra isə etirazlar səngiyib.

Işdən azad olunanlardan biri də müəssisənin energetika şöbəsində işləyən Nurəddin Səməndərovdur. Deyir ki, ondan başqa energetika şobəsində daha 24 nəfər ixtisara salınıb.

Oxşar vəziyyət “Azenco Group” MMC-nin digər müəssisəsi olan “Azenco” ASC-də də yaşanır.

Onu da qeyd edək ki, hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da işləmir. İşçiləır bunu yeni dövlət sifarişlərinin olmaması ilə izah edirlər.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar